EBRD və Aİ Azərbaycana birbaşa xarici sərmayələrin cəlbinə dəstək olacaq
07.04.2022 [17:26]
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqı və AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) ilə birgə ölkəyə birbaşa xarici sərmayələri təşfiq etmək üçün səylərini birləşdirirlər.
“Report” EBRD-yə istinadən xəbər verir ki, Azərbaycanın qeyri-neft sektoruna sərmayəçiləri cəlb etmək, həmin sektorun Avropa istehsalat və satış zəncirlərinə inteqrasiyasını artırmaq ölkə iqtisadi potensialının daha dolğun üzə çıxartmağın mühüm vasitəsidir: “AZPROMO tərəfindən hazırlanmış beşillik milli ixracat strategiyası 2026-cı ilədək ölkənin qeyri-neft ixracatını ikiqat artırmağa yönəlib”.
EBRD ilə AZPROMO Avropa İttifaqının maliyyə dəstəyilə kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə 5 öncül layihə üçün təkliflər zərfi və sərmayə yönəltmə strategiyası hazırlayır. Sonrakı mərhələdə isə sərmayəçilər tapmaq üçün addımlar atılacaq və bu zaman Avropaya üstünlük veriləcək.
Bu təşəbbüs çərçivəsində sahəvi bazarların və sərmayədarların təhlili, AZPROMO əməkdaşlarına təqdimatların keçirməyi öyrətmək, sərmayə cəlb etmək üçün Avropanın əsas bazarlarında “road show” təşkil etmək nəzərdə tutulur.
“Bu, Aİ ilə EBRD sərmayə mühitinə dair tədbirlər planı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində sərmayələrin təşviqi üçün qurumların potensialını artırmaq istiqamətində daha əhatəli səylər çərçivəsində EBRD ilə AZPROMO arasında ilk texniki əməkdaşlıqdır. Həmin plan Şərq Əməkdaşlığının bərpa, dayanıqlılıq, islahatlar siyasətini və əlavə olaraq Avropa İttifaqının Azərbaycana sərmayə cəlb etməklə planını dəstəkləyəcək”, – deyə EBRD-inin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, Azərbaycanda başlıca korporativ sərmayədar olan EBRD indiyədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində 180-dən artıq layihəyə 3,4 milyard avroya yaxın vəsait yatırıb. Bankın Azərbaycandakı strategiyası iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft özəl sektorunun inkişafına dəstək verməkdir.
Azərbaycanda ən çox qrant ayıran qurum olan Avropa İttifaqı da kənd təsərrüfatı idarəçiliyinindəki islahatları, həmin sektorda sanitar və fitosanitar tədbirləri, ənənəvi kənd bitkilərinin bazara çıxarılmasını dəstəkləyir.
2021-ci ilin 2 iyul tarixində Avropa Komisiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi şərq tərəfdaşlarla qarşıdakı ilərdə əməkdaşlığın başlıca istiqamətlərinə dair təkliflərini açıqlayıblar. Əsas diqqət dayanıqlılığa söykənən 5 uzunmüddətli hədəfə yönəldilir. Həmçinin qrantları və müvafiq zəmanətləri ehtiva edən 2,3 milyard avro həcmində iqtisadi və sərmayə planı ortaya qoyulur. Bu plan həmçinin 17 milyard avro həcmində dövlət və özəıl sərmayə cəlb etmək ehtimalını da nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

