/ / Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub
Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub
14.04.2022 [15:50]
İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR) və "Truth Hounds" QHT-lərinin ötən ilin may ayında açıqladığı birgə hesabata əsasən, erməni silahlı qüvvələrinin üzvlərinin iki yaralı və əsir götürülmüş azərbaycanlı döyüşçünü qanunsuz olaraq edam etdiyinə dair ilkin sübutlar var.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2021-ci il üçün İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında qeyd olunub.
Bildirilib ki, məsələ ilə əlaqədar sübutlar iki videodan ibarətdir və bu qətllər əlavə istintaqla təsdiqlənərsə, Beynəlxalq Humanitar Qanuna əsasən, həyata və şəxsə qarşı zorakılıq qadağasının açıq şəkildə pozulması, eləcə də Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması sayıla bilər: “Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi eynilə Ermənistan Cinayət Məcəlləsinin pozulması, Avropa İnsan Hüquqları Konvensiyasının (nəzərdə tutduğu-red.) yaşamaq hüququnun kobud şəkildə pozulması anlamına gələr”.
Dövlət Departamentinin sənədində qeyd olunub ki, IPHR və "Truth Hounds" təşkilatlarının birgə hesabatında keçmiş azərbaycanlı əsirlərlə müsahibələr və əsirlərdən birinin zorakılığa məruz qalmasını əks etdirən video əsasında ən azı 7 azərbaycanlı hərbi əsirin Ermənistan hərbçiləri və separatçıları tərəfindən işgəncəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması müəyyən olunub.
Vurğulanıb ki, bu, IPHR və "Truth Hounds" tərəfindən müstəqil şəkildə təsdiqlənməsə də, azərbaycanlı əsirlərlə pis rəftarla bağlı üç hadisə videoya çəkilib və bu hadisələrin əlavə araşdırmaya ehtiyacı var.
Vurğulanıb ki, sonuncu hallardan birində pis rəftarın azərbaycanlı hərbi əsirin ölümü ilə nəticələnmiş ola biləcəyi mümkündür.
Hesabata görə, şahidlər tərəfindən təsvir edilən və ya videosu çəkilən sistemli döyülmələr, qeyri-insani saxlanma şəraiti, tibbi yardımdan və digər zəruri ehtiyaclardan imtina edilməsi, qəddarlıq və təhqirlər (Ermənistan qüvvələri və separatçılar tərəfindən) Cenevrə Konvensiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.
Bundan başqa, hesabata görə, sosial şəbəkələrdə yayılmış səkkiz videoda Ermənistan qüvvələri və separatçılar tərəfindən həlak olan Azərbaycan əsgərlərinə qarşı pis rəftar və meyitlərin təhqir olunması əks olunub.
Qeyd olunub ki, bu videolar müstəqil şəkildə yoxlanılmayıb, lakin araşdırmalara ehtiyac var.
Bu videolar Ermənistan qüvvələri və separatçılar tərəfindən öldürülmüş azərbaycanlı hərbçilərin meyitlərinin alçaldılması hallarının ilkin sübutu kimi təsvir edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45

