Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AZAL Bakı-Praqa reysini bərpa edir

AZAL Bakı-Praqa reysini bərpa edir

18.04.2022 [16:30]

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-ci ilin yay cədvəli çərçivəsində iyunun 17-dən Bakıdan Çexiyanın paytaxtı Praqaya reysləri bərpa edib.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-czechia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30