Arxa cəbhənin qəhrəmanları
19.08.2022 [10:19]
Diaspor nümayəndələrinin 6-cı Şuşa səfəri...
Yeganə BAYRAMOVA
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 18 ölkədən 100-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb. Komitədən verilən məlumata görə, ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində altıncı dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edib, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə-27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr tarixlərində, 2022-ci ildə isə bir dəfə- iyulun 26-da diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Məlum səfərlə bağlı “Yeni Azərbaycan”a danışan Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, dünyanın bütün ölkələrində yaşayan hər bir azərbaycanlının arzusu Şuşanı görməkdir. Çünki Şuşa yalnız Azərbaycanın deyil, ?ürk dünyasının bir atributuna çevrilmiş şəhərdir: “Uzun həsrətdən sonra Şuşanın düşmən tapdağından azad edilməsi, bayrağımızın yenidən Şuşada dalğalandırılması bunlara əsas verir ki, Azərbaycan xalqının dostu olan digər millətlərin nümayəndələri mədəniyyət paytaxtımıza səfər etsin və oraları görsün. Təbii ki, diaspor nümayəndələri bu sırada ən öndə gedənlərdir. Çünki Azərbaycan Diasporu illərdir ki, tədbirlər keçirib, Şuşanın azadlığı ilə bağlı müxtəlif aksiyalar təşkil edib, Şuşanın Azərbaycana aid olduğunu beynəlxalq arenalarda sübut edib. Ona görə də Azərbaycan Diasporunun ən təbii haqqı idi ki, Şuşanı doyunca görə bilsin. Sevindirici haldır ki, ölkə başçısının xüsusi tapşırığına əsasən, dünya azərbaycanlılarının 5-ci qurultayının Şuşa şəhərində keçirilməsi dünyaya bir mesaj oldu. Yəni biz dünya azərbaycanlıları olaraq artıq Şuşadayıq!”.
T.Allahverdili qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və təşəbbüsü ilə diaspor nümayənd?lərinin 6-cı Şuşa səfərinin təşkili olduqca qürurvericidir: “Bu, hər bir azərbaycanlını sevindirəcək əlamətdar bir hadisədir ki, artıq 6-cı qrup diaspor nümayəndələrimiz Şuşaya getdi. Fikrimcə, bu səfərlər mütəmadi olaraq təşkil edilməlidir, xaricdə yaşayan hər bir soydaşımızın Şuşanı görmək haqqı var. Çünki uzun illər idi ki, dünya azərbaycanlılarının qəlbində bir nisgil var idi. Ancaq Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.
Mərkəz sədrinin sözlərinə görə, ən xoş məqamlardan biri diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarını səsləndirmələridir: “Fürsətdən istifadə edib Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təşəkkürlərimi bildirirəm ki, xaricdəki soydaşlarımızın Şuşaya səfərini təmin etdilər. Müraciət edənlər çoxdur, əminəm ki, həmin şəxslər də tezliklə Şuşanı görəcəklər. Yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlı Şuşa ilə, yəni Azərbaycanla qürur duyur. Şuşa Azərbaycanın, ?ürk dünyasının bir simgəsinə çevrilib. Bu baxımdan çalışmalıyıq ki, bu təşəbbüsü davam etdirək. Azərbaycan diaspor nümayəndələri nəinki Şuşanı, azad edilən digər bölgələrimizi də görəcəklər. Bir məqamı da unutmamalıyıq ki, Vətən savaşında Azərbaycan diasporunun misilsiz xidmətləri var. Azərbaycan diasporu 44 günlük savaşda maddi-mənəvi dövlətimizin yanında olub. Ona görə də bu gün Şuşanı görmək onların mənəvi haqqıdır. Tam əminliklə deyirəm ki, Azərbaycan diasporu arxa cəbhənin qəhrəmanlarıdır. Güclü Azərbaycan güclü diaspor deməkdir. Ona görə də bacardığımız qədər diasporumuzu gücləndirməliyik. Diasporumuzun güc mənbəyi Azərbaycan dövləti, cənab Prezident və Azərbaycan Ordusudur. Ali Baş Komandanımız var olsun ki, bu gün dünya azərbaycanlılarına bu sevinc və şərəfi bəxş etdi!”.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

