Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azərişıq” Xaçmazda 5 kəndin elektrik şəbəkəsini yenidən qurub

“Azərişıq” Xaçmazda 5 kəndin elektrik şəbəkəsini yenidən qurub

23.08.2022 [10:51]

Prezident İlham Əliyevin tapşırığı ilə, “Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqyaslı işlərə başlayıb.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Rayonun Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub, Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində isə işlərə start verilib.

İşlərin başa çatdığı Həsənqala kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir, 400-dən çox abonenti var. Kənddə 7 ədəd KTM quraşdırılıb. 14 km-dan çox 10 kV-luq, 20 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.

Sərkərli kəndində isə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 8 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.

Bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31