Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dərslər başlayır: Bir şagirdin xərci

Dərslər başlayır: Bir şagirdin xərci

14.09.2022 [10:59]

Qiymətlər arasında fərq...

Yeganə BAYRAMOVA

Yeni dərs ilinin başlamasına cəmi bir gün qalıb. Artıq bir neçə müddətdir ki, 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakıda və bölgələrdə məktəbli yarmarkaları təşkil olunur. Paytaxtda bir neçə metro stansiyasının çıxışında qurulan məktəbli yarmarkalarında müxtəlif çeşidli çantadan tutmuş, hər cür məktəbli ləvazimatlarını almaq mümkündür. Yarmarkalar avqustun ortalarından fəaliyyətə başlasa da, alıcıların aktivliyi sentyabrın əvvəlindən müşahidə olunur. Gündəmdə olan əsas məsələ isə məktəbli ləvazimatlarının qiyməti, ümumiyyətlə, bir şagirdin yeni dərs ilinə başlaması üçün çəkilən xərclərdir.

Qeyd edək ki, yarmarkada satılan məktəbli çantalarının qiyməti 15 manatdan başlayıb, 50 manata qədər dəyişir. Digər ləvazimatların qiymətləri aşağıdakı kimidir:

Qələm qablarının qiyməti 3-15 manat, qələmlər 10 qəpik-2 manat, yapışdırıcı 50 qəpik, rəngli karandaşlar 3-12 manata, sadə karandaşlar 20-40 qəpik arasında dəyişilir. Pozanlar 30-40-50 qəpiklə 1 manat arası təklif olunur. Qiymətlər keyfiyyətinə və firmasına görə fərqlənir.

12 vərəqli dəftər 15 qəpik, vərəq sayına görə dəftərlər 1,50-3 manata satılır. Su qabları 5 manat, termoslar 10 manatdan 17-18 manata kimi təklif olunur.

Sədərək Ticarət Mərkəzindəki qiymətlər də diqqət cəlb edir. Çünki vətəndaşların ən çox üz tutduğu məkanlardan biri də məhz buradır. Sədərəkdə 24 vərəqli dəftərlərin qiyməti 30-35, 40 vərəqlilərin - 40, 48 vərəqlilərin - 55-60, 100 vərəqlilərin isə 82-90 qəpik aralığındadır. Qələmlərin qiyməti 10-60, silgilərin - 35-60, xətkeşlərin - 10-70 qəpik, karandaşyonanların - 30 qəpik-1,30 manat, flomasterlərin qiyməti isə 58 qəpik-2,60 manat civarındadır.

Rəsm albomlarının qiyməti 25 qəpik-3 manat, dəftər üzlüklərinin - 13, kitab üzlüklərinin - 20-25, xətkeşlərin - 15, plastilinlərin - 95 qəpik-2 manat, pərgar dəstlərinin - 70 qəpik-2 manat, karandaşyonanların - 15-70 qəpik, fırçaların - 1-3 manat, pozanların isə 9-30 qəpik aralığındadır.

Belə nəticəyə gəlmək olar ki, builki tədris ilində hər bir valideyn bir şagirdi məktəbə göndərmək üçün dərs vəsaitlərin də əlavə etsək, ən azı 300-350 manat xərc çəkəcək.

Keçən il necə idi?

2020-2021-ci tədris ilində məktəbli çantalarının qiyməti 20 manatdan başlayaraq 60-70 manata qədər idi. Ötən il ən ucuz qələm 20 qəpik, ən bahalısı isə 2-3 manat olub. Su qabları 4 -15 manat arası, qələm yonanlar 80 qəpikdən 3 manata qədər təklif olunurdu. Pozanların qiyməti 20, 50 və 60 qəpik, 12 vərəqli dəftərlər 20-25 qəpik, 24 vərəqli 40 qəpik, 48 vərəqli 60 qəpik, 50 vərəqli 1 manat 40 qəpik, 96 vərəqli dəftər isə 2 manat idi.

Beləliklə, keçən il məktəbli çantası, forma, ayaqqabı və digər ləvazimatları da nəzərə alsaq, bir şagirdin məktəbə getməsi orta hesabla 150-200 manata başa gəlirdi. Göründüyü kimi, builki qiymətlərlə ötən il arasında xeyli fərq var. Yerli istehsalla idxal məhsulları arasında 30-40 faiz fərq var. Satıcılar iddia edir ki, Rusiya-Ukrayna müharibəsinə görə, yerli istehsal xeyli bahalaşıb. Kağızın qiyməti iki dəfə artıb. Yerli istehsal olan 12 vərəqli dəftər ötən il 10 qəpik idi, bu il 15 qəpikdən satılır, yəni  faiz bahalaşıb. 40 vərəqli dəftərin qiyməti keçən il 25 qəpik idi, bu il 40-45 qəpik civarındadır. 96 vərəqlilər isə xaricdən idxal olunub, onların qiyməti ötən il 80 qəpik-1,20 manat idisə, bu il 1,20-1,50 manat aralığındadır. Qələmlərin qiyməti 10-80 qəpik arasında dəyişir, ötən il 5-7 qəpiyə də qələm tapmaq olurdu. Rəngli karandaşlar 1,50-15 manat, sadə karandaşlar isə 10-70 qəpiyə satılır. Keçən il bundan 50 faiz ucuz idi. Xətkeşlərin qiyməti 30 qəpik-1,50 manat, pozanların - 30 qəpik-1,50 manat, plastilinlərin - 1-15 manat, pərgar dəstlərinin isə 2-6 manat aralığındadır. Ancaq Çin mallarının qiymətində elə də dəyişiklik yoxdur.

Qeyd edək ki, bəzi valideynlər builki qiymətlərin baha olduğunu nəzərə alaraq, məktəbli ləvazimatlarını onlayn alış-veriş portallarından əldə edirlər. Məsələn, ölkəmizdə satışda olan 70-80 manatlıq məktəbli çantasını digər ölkələrdən onlayn formada 30-40 manat civarında əldə etmək mümkündür.

Xatırladaq ki, bu il Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. “Bakı Tikiş Evi” (BTE) ASC tərəfindən yeni məktəbli formalarına qoyulan qiymətlər aşağıdakı kimidir:

Uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manata, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur. Ümumi məktəbli forması dəstinin (şalvar-köynək, köynək-ətək) qiyməti 39 manat civarındadır.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31