Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycanla bağlı həqiqətlər...

Qərbi Azərbaycanla bağlı həqiqətlər...

28.12.2022 [10:17]

Dünya ictimaiyyətinə çatdırılmalıdır

Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü mühüm əhəmiyyət daşıyır. Belə ki, bu görüşdə səslənən fikirlər, açıqlanan hədəflər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması aspektindən vacib şərt kimi çıxış etməkdədir. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin tarixi torpaqları, keçmişi, ötən yüzillikdə məruz qaldığımız etnik təmizləmə və deportasiya siyasətinin ifşası, Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılmış milli-mədəni sərvətlərimiz baxımından genişməzmunlu idi. Ölkə Prezidentinin fikirləri həm də Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyətinin əsas tezisləri rolunda çıxış edirdi. Müəyyənləşdirilmiş hədəflərlə bağlı Azərbaycan ictimaiyyətinin fikirləri necədir?

Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin deputatı Anatoliy Rafailov bildirib ki, Azərbaycan xalqı ötən yüzillikdə dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Millət vəkili vurğulayıb ki, ermənilər XX yüzillik ərzində bir neçə dəfə fərqli bəhanələrlə qərbi azərbaycanlıları öz yurdlarından qovublar: “Qərbi Azərbaycan İcmasının varlığı Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycanı unutmamasını şərtləndirir. Çünki gün gələcək biz o torpaqlara qayıdacağıq. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tarixi ədalət bərqərar olur. Dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə də Prezidentimiz bir sıra hədəfləri açıqladı. Bildirdi ki, ötən əsrdə baş verənlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcmasının bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacağına isə inam böyükdür. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə reallaşdırma yolunu bizə göstərəcəklər. Cənab Prezidentimizin də bildirdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

Millət vəkili A.Rafailov vurğulayıb ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti milli maraqlara əsaslanan, beynəlxalq hüquqa söykənən siyasi kurs yürütməkdədir. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşının maraqları dayanır.  “Prezidentimizin də vurğuladığı kimi, XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Ermənilər bizim abidələrimizə, milli keçmişimizə qarşı da vandal hərəkətlər törədiblər. Vaxtilə bununla bağlı informasiyaları yaymaq çox çətin idi.  1990-cı illərdə erməni təbliğat maşını xarici ölkələrdə yalanlar yayırdı. Artıq dövran dəyişib. Azərbaycan dövləti həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilir. Müharibə dövründə cənab Prezident dünyanın aparıcı KİV-lərinə müsahibələr verərək ölkəmiz haqda formalaşdırılmasına çalışılan yanlış təsəvvürü darmadağın etdi. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, böyük əhəmiyyət kəsb edir. Bu mənada, cənab Prezidentin də qeyd etdiyi kimi, qərbi azərbaycanlılarla bağlı məsələdə İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları, o cümlədən Türk və yəhudi diasporları ilə birgə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır”, - deyə A.Rafailov əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, hazırki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində Azərbaycan xalqı həmin torpaqlardan zorla köçürülüblər. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib: “Tarixi Azərbaycan torpaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.

Millət vəkili vurğulayıb ki, tarix təhrif olunmamalıdır. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlayıb. Eyni zamanda, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzur da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb və sovet hökuməti Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı böyük cinayət törədib. “1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi”, - deyən A.Badamov vurğulayıb ki, Azərbaycan dövləti artıq öz hüquqlarını beynəlxalq müstəvidə qorumaq əzmindədir. Bu mənada, Qərbi Azərbaycan İcmasının da qarşısında cənab Prezidentimizin də səsləndirdiyi bir sıra vəzifələr durur: “Cənab Prezidentimizin də bildirdiyi kimi, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər. Eyni zamanda, Ermənistanın məkrli siyasəti də ifşa edilməlidir. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Bu, yolverilməzdir”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31