Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir
19.06.2023 [11:13]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan 28 may Prezident seçkilərindən sonra Azərbaycana ilk səfərini reallaşdırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirildi. Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəm daşıyırdı. Xüsusilə 15 İyun - Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər. Hər seçkidən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu seçkidən sonra yaranmış əhval-ruhiyyə isə xüsusi önəmə malikdir. Əldə edilmiş bütün uğurların təməlində təbii ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Xüsusi ilə qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Şuşada imzalanan Şuşa Bəyannaməsini tarixi anlaşma kimi dəyərləndirdi. “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır”.
Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. Ərdoğan dedi: "Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla, bütün dünyaya ayrı bir mesaj olacaq".
Qeyd etməliyik ki, Şuşada konsulluğun açılmasında daha çox siyasi maraqlar var. Bu konsulluğun açılması Türkiyə dövlətinin Azərbaycan dövlətinə siyasi dəstəyini, maraqlarının üst-üstə düşməsini ifadə edir. Yaxud, qonşu ölkələrə bir mesajdır ki, biz Şuşanı Azərbaycanın əsas ayrılmaz, ictimai-siyasi həyatında mühüm rol oynayacaq bölgəsi kimi tanıyırıq. Əslində Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğanın digər türkdilli dövlətlərə bir mesajıdır. Bu mesajdan sonra digər türkdilli dövlətlərində Şuşada konsulluq açması Azərbaycana bu və ya digər formada təsir etmək istəyən ölkələrin rəhbərlərinə cavab olardı.
Bu gün Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsindədir. Qardaş ölkənin Prezidentinin dediyi kimi: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir.” Həmçinin Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da bütün sferalarda vahid mövqedən çıxış edəcəklər. Hazırki mürəkkəb siyasi proseslərin baş verdiyi dönəmdə bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23

