Postsovet məkanında ilk qətiyyətli aksiya...
09.08.2023 [10:35]
Azərbaycan aqrar sənaye respublikasına necə çevrildi?
Azərbaycanda aqrar sahənin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 14 iyul 1969-cu ildən etibarən Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi bütün nailiyyətlər birmənalı olaraq ulu öndər Heydər Əliyevin adı ilə, onun uzaqgörən siyasəti və uzun illər yorulmaz mübarizə yolu ilə bağlıdır. O, hakimiyyətə yeni gələrkən Azərbaycan iqtisadi cəhətdən son dərəcə ağır bir vəziyyətə düşmüş respublika idi. Xüsusilə kəndlərdə, aqrar sektorda vəziyyət daha dözülməz idi. Məhsuldarlıq çox aşağı səviyyəyə düşdüyünə görə kolxozçu öz əməyinin bəhrəsini görə bilmirdi. Azərbaycan kəndi elmi-texniki tərəqqinin nailiyyətlərindən xəbərsiz idi. Xüsusilə dağ kəndlərində vəziyyət daha dözülməz idi.
Həmin ildə ölkə üzrə bir hektardan orta hesabla 9,5 sentner taxıl, 15 sentner pambıq eləcə də digər kənd təsərrüfatı məhsulları əldə olunurdu ki, bu da çəkilən xərci ödəmirdi. Heyvandarlıq sahəsində də vəziyyət çox acınacaqlı idi.
Azərbaycan KP MK-nın həmin ilin avqust ayında keçirilən plenumunda Heydər Əliyev proqram nitqi ilə çıxış edərək respublika iqtisadiyyatına rəhbərlik edən şəxslərin səhvlərinin kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, kadr məsuliyyətini artırmaq barədə ciddi tapşırıqlar, eləcə də aqrar sahədə çalışan alimlərə keyfiyyətli dənli bitkilər, pambıq, tərəvəz, üzüm və başqa məhsulların yetişdirilməsi, becərilməsi məqsədilə mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə göstərişlər verdi.
Məhz Heydər Əliyevin nüfuzu sayəsində 1970-ci ilin iyulunda Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”, daha sonra 1975-ci ilin iyulunda “Azərbaycan SSP-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək haqqında” yeni, ikinci qərar qəbul etdi. Daha sonra, 1979-cu ilin fevralında “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığın inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul edildi.
Beləliklə, Azərbaycan qısa bir vaxtda ovaxtkı SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Əhalisinin təxminən 50 faizi kənd və rayonlarda məskunlaşmış respublikamızın kənd təsərrüfatında iki istiqamətə-əkinçiliyə və heyvandarlığa, o cümlədən pambıqçılığa və üzümçülüyə xüsusi diqqət göstərildi.
Görülmüş tədbirlərin nəticəsi idi ki, 1966-1970-ci illərin orta göstəricilərinə nisbətən 1981-1985-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,5 dəfə artdı. 1971-ci ilin əvvəllərində kolxoz və sovxozlarda istehsalın rentabelliyi 2 faizdən çox olmadığı halda, 1981-ci ildə bu rəqəm 19 dəfə artaraq 38 faiz oldu. 1976-1980-ci illərdə kolxoz və sovxozlarda xalis gəlir 1 milyard 959 milyon manata çatdı ki, bu da 1965-1970-ci illərlə müqayisədə 5,2 dəfə çox idi.
Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Azərbaycan kəndinin sosial iqtisadi siması kökündən dəyişdi, ölkə geridə qalmış aqrar ölkədən, bütövlükdə, aqrar sənaye respublikasına çevrildi.
Təəssüf ki, Heydər Əliyevin respublikaya 1969-1982-ci illərdəki rəhbərliyi dövründə əldə edilmiş tarixi nailiyyətlər ondan sonrakı rəhbərlər tərəfindən inkişaf etdirilmədi, əksinə, bir çox sahələrdə geriləmə və tənəzzül başladı. M.Qorbaçovun hakimiyyətə gəlişi ilə siyasi şurada zəkası, qabiliyyəti və nüfuzu ilə seçilən Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrindən istefa verdi. Həmin gündən Azərbaycan o vaxtkı siyasi rəhbərliyinin iradəsizliyini və zəifliyini hiss edən M.Qorbaçovun əlaltıları, ermənilər respublikamıza qarşı yenidən məkrli, əməllərinə başlayaraq Qarabağı Ermənistana birləşdirmək, Azərbaycanı parçalamaq, dağıtmaq xülyasına düşdülər. 1988-ci ilin 12 fevralından başlayan bu qara günlər 1993-cü ilin 15 iyununa kimi davam etdi. Hər şey dağıdıldı, viran edildi. Ölkədə hərc-mərclik, zorakılıq, torpaqlarımızın dalbadal işğalı, qaçqınlar ordusu və s. günbəgün artdı. Bu zaman Azərbaycan xalqı, ziyalısı ayağa qalxdı - millətin xilaskarını, sədaqətli oğlunu yenidən respublika rəhbərliyinə, müstəqil Azərbaycana rəhbərlik etməyə, ölkəni yenidən qurmağa, dirçəltməyə dəvət etdi. Məhz həmin tarixdən hakimiyyət uğrunda gedən didişmələrə, intriqalara, hərc-mərcliyə son qoyuldu. Müstəqil Azərbaycanın dövlətçiliyinin sağlam təməl üzərində quruculuğuna başlandı.
Başqa sahələrlə yanaşı, Heydər Əliyev özünə həmişə doğma bildiyi aqrar sektora da xüsusi diqqət yetirdi. Özünün qeyd etdiyi kimi “Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur. İslahatlar vasitəsilə istehsalın artırılması, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu dövlət siyasətimizin əsas prinsipləridir”.
Aqrar islahatların aparılmasında dünya təcrübəsinə əsaslanmaq məqsədilə 1994-cü ildə Çinin, İsrailin, Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının aqrar sahə üzrə alimləri və mütəxəssislərinin iştirakı ilə Milli Məclisdə “Aqrar islahatların aparılması təcrübəsinə dair “ beynəlxalq konfrans keçirilmişdi.
1995-ci ilin fevralın 18-də “Sovxoz və kolxozların islahatı haqqında” və “Aqrar islahatın əsasları haqqında”, bir il sonra isə “Torpaq islahatı haqqında” qanun qəbul edildi. Bu,
postsovet məkanında ilk qətiyyətli aksiya idi - Torpağı və mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayanlara və işləyənlərə qaytarmaq.
“Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” Heydər
Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı aqrar sahədə sahibkarlığın inkişafına böyük təkan verdi. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edildi.
Bu tədbirlərin nəticəsində ölkənin aqrar-sənaye kompleksinin inkişafında keyfiyyətcə və məzmunca yeni bir mərhələnin təməli qoyuldu, 1995-ildən etibarən respublikada 1970 ictimai təsərrüfatda, həmçinin emal və aqroservis müəssisələrində islahat aparıldı, 3,4 milyon nəfərə və ya 872 min ailənin xüsusi mülkiyyətinə 1,4 milyon hektar torpaq, 830 min nəfərə isə əmlak payı verildi. Kolxoz və sovxozlarda olan texnikalar da əmlak payı kimi əhali arasında bölüşdürüldü. Ölkədə genişmiqyaslı tədbirlərin həyata keçirilməsində əsas, təxirəsalınmaz tədbirlərdən biri də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi oldu. Bu məqsədlə Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı” qəbul olundu. Proqramda əsasən yoxsulluğun azaldılması, insanların ərzaqla təminatı və ərzaq məhsullarından səmərəli istifadə edilməsi nəzərdə tutulmuşdu. Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə aqrar sahə ilə bağlı 50-dən artıq normativ- hüquqi sənəd qəbul edilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmış, bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsullarının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına əsaslı təkan vermişdi.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamız bu gün onun layiqli davamçısı və siyasi varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur, inkişaf etdirilir.
2003-cü il oktyabr ayının 15-də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyev yenicə formalaşmış Nazirlər Kabinetinin birinci iclasında Heydər Əliyev tərəfindən başlanmış aqrar siyasəti, yeni iqtisadi münasibətləri və sahibkarlığı inkişaf etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, əhalinin maddi rifahının yaxşılaşdırılmasını əsas məsələ kimi qarşıya qoydu.
Görülən bir çox tədbirlərin, yüksək idarəçilik və təşkilatçılığın, eləcə də dövlətimiz tərəfindən kənd təsərrüfatı məhsulu istehsalçılarına, həmçinin elm və innovasiyaların tətbiqinə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, respublikamızda ötən ilin yekunları ilə müqayisədə 3,4%; o cümlədən bitkiçilik məhsulları istehsalı üzrə 3,3%, heyvandarlıq məhsulları istehsalı üzrə 3,4% artım qeydə alınıb. Kənd təsərrüfatı üzrə Ümumi Daxili Məhsul istehsalı isə 10984 milyon manat olub ki, bu da həmin ildə ölkə üzrə Ümumi Daxili Məhsul istehsalının (133,8 milyard manat) 8,2 faizini təşkil edir.
Ulu öndər Heydər Əliyev tərəfindən başlanan aqrar islahatların Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi bu gün artıq öz müsbət nəticəsini verir-aqrar sahə artıq sürətlə inkişaf edir, əhalinin istehlak tələbatının mühüm növ ərzaqla təminatı yaxşılaşır, kənardan ərzaq aslılığı getdikcə aradan qaldırılır, sənayenin lazımi həcmdə kənd təsərrüfatı məhsulları ilə təminatı yaxşılaşır. Bu isə bütövlükdə ölkə iqtisadiyyatının canlanmasını şərtləndirən amillər sırasındadır
Kənan Fətəliyev
“Aqromexanika” Elmi - Tədqiqat İnstitutu, direktorun müavini
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

