Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəmil Həsənlinin özünüifşası...

Cəmil Həsənlinin özünüifşası...

09.08.2023 [10:10]

Demokratiya uğrunda Dünya Hərəkatı hansı maraqlara xidmət edir?

Müxalifət pərdəsi altında gizlənərək ölkəsinə, xalqına, dövlətinə qarşı xəyanət yolunu seçənlər gec-tez özünü ələ verir. Necə deyərlər, “cidanı çuvalda gizlətmək olmadığı” kimi, xəyanətləri, satqınlıqları və anti-Azərbycan dairələrlə işbirliyini də sirr olaraq 40 gündən artıq saxlamaq mümkün olmur. Ya, özün özünü ələ verirsən, ya da...

Ya da əlahəzrət faktlar sənin əsl simanı və kimliyini açıb cəmiyyətə göstərir. Çox uzağa getməyək son 20 ildə bununla bağlı onlarla misal var - Əli Kərimli, Gültəkin Hacıyeva, Cəmil Həsənli və bu kimi milli xainlər üçün milli maraqlar, milli mənafe anlayışı ikinci planda gəlir. Belələrinin istinad nöqtələri də antimilli dairələrdir. Pulunu yedikləri həmin mərkəzlər, sonradan iş çətinə düşəndə “bəyanatlarla”, “dəstək kampaniyaları ilə” və başqa “yollarla” öz xidmətçilərini xilas etməyə “tələsirlər”. Bu “yüyrəkliyi” isə “demokratiyanın bərpası”, “insan hüquqlarının qorunması” kimi gəlişi gözəl, pafoslu və “gözqamaşdırıcı” sözlərlə bəzəməyə çalışırlar. Necə ki, qondarma “milli şura”nın “fəxri ağsaqüalları” Cəmil Həsənli özünün “şəriki” Qubad İbadoğlunu müdafiə etmək uğruna özünüifşaya əl atır...

Həsənlinin Kandaryana “mesajı”...

Bəlli olduğu kimi, Qubad İbadoğlu hüquq-mühafizə orqanları tərəfindən müvafiq cinayətlərdə şübhəli bilinərək saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Sanki müxalifət düşərgəsinə “gün doğub” - dünənə qədər Qubad İbadoğluna qarşı min bir ittiham səsləndirilən düşərgədaşları indi onun “müdafiə”sinə qalxıblar. Təbii ki, buradakı maddi maraq ilk baxışdan diqqəti cəlb edir - Q.İbadoğlunun bağlı olduğu xarici dairələrin (erməni əsilli amerikalı iş adamı Stiven Kandaryanın və digər anti-Azərbaycan dairələrin) maddi imkanlarına yaxşı bələd olan ünsürlər İbadoğlunu müdafiə etməklə yeni pul mənbəyi tapmağa ümidlənirlər. “Qonşudan qalma dala” prinsipinin ən bariz nümayəndəsi isə elə Cəmil Həsənlidir. Cəmil Həsənli sosial şəbəkələrdə bəh-bəhlə Demokratiya uğrunda Dünya Hərəkatının (World Movement for Democracy Team) da Qubad İbadoğlunun müdafiəsinə qoşulduğünü “bəyan edib”.

FETÖ yeni “libasda”...

İlk baxışdan xüsusi diqqəti cəlb etməyən, adi və məlum xarakterli “bəyanatlardan” olan bu “elan” əslində, C.Həsənlinin özünüifşasıdır. “Bəyanatda” ən marqlı nüans isə Qubad İbadoğlunun 2023 - cü ilin iyun ayında Azərbaycan Gənclərinin Təhsil Fondunu “təsis etməsi” xəbərinin yer almasıdır. Qurum bunu “azərbaycanlı peşəkarların yeni nəslinin formalaşmasına dəstək” kimi dəyərləndirib. Əslində nə baş verdiyi hər kəsə bəllidir.

Bir müddət öncə “Yeni Azərbaycan”ın yazdığı kimi, bu fond erməni iş adamı Stiven Kandaryanın maliyyə yardımı və bəlli mərkəzlərin “dəstəyi”, Q.İbadoğlu, Arif Məmmədov və Cəmil Həsənlinin “təsisçiliyi” ilə yaradılıb. Fondun hansı “fəaliyyətlə” yadda qalacağı əvəlcədən bəlli idi - bu, yeni şəbəkələşmə yaratmaq, yeni anti-Azərbaycan dəstə formalaşdırmaq və burada da azərbaycanlı gənclərdən istifadə etmək niyyətinə əsaslanırdı. Başqa sözlə, “pul mənbələri” adıçəkilən şəxslərin əli ilə FETÖ terror şəbəkəsinin “Azərbaycan ayağını” yaratmağa cəhd göstərirdi. “Oxu daşa dəyən” dairələrin planları ifşa edildi - indi bu məsələdə rolu olan Cəmil Həsənli də ayrı-ayrı mərkəzlərdən “imdad diləyir”, özünü də bu kimi şəbəkələrin “dəstəkçisi” kimi qələmə verir.

Hərəkat”ın anti-Azərbaycan fəaliyyəti

“milli şura”çı Cəmil Həsənlinin Demokratiya uğrunda Dünya Hərəkatı adlı qurumun Qubad İbadoğluna “dəstək verməsi”ni xüsusi şövqlə yaymasının da arxasında məlum səbəblər yatır. Məsələn, bu hərəkat daima Azərbaycanın milli maraqlarına qarşı cəbhədə yer alıb - ermənilərə və ermənipərəstlərə xüsusi “simpatiyası” ilə məşhurdur. Uzağa getməyək, bu “hərəkat”ın “bəyanatlarının” səslənmə aralıqlarına nəzər salaq - Leyla Yunus, Arif Yunus və onun kimi erməni simpatizionlarının “hüquqlarının müdafiəsi” kontekstində bu qurum hər zaman “fəallığı ilə seçilib”. Hətta bu “hərəkat” o qədər irəli gedib ki, Azərbaycanın bəzi Avropa təsisatlarından ixracı məsələsini belə “gündəmə” gətirib.

İldə 25 milyon dollar...

Bu hərəkatın internet saytında aparıcı qrup olaraq əsas heyətin başında, yəni direktor vəzifəsində Ryoto Jonen adlı şəxs qeyd edilib. Maraqlıdır ki, həmin şəxs həm də NED-in (ABŞ-ın Milli Demokratiya Fondu) məsul şəxslərindən sayılır. Bu fondun isə Azərbaycandakı qaranlıq fəaliyyəti ilə bağlı bir çox informasiyalar, faktlar mövcuddur. Bu qurum Azərbaycanın müxalifətə yaxın QHT-lərini, onların maraqlarına xidmət edən təşkilatları maliyyələşdirməklə yanaşı Avropada da anti-azərbaycan şəbəkə formalaşdırıb, onlara Azərbaycanla bağlı qrantlar ayırır. Bu qrantlar “insan hüquqlarının vəziyyəti”, Azərbaycana təsir etmək üçün lobbiçilik fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Avropada təxminən 4-5 təşkilat ildə anti - Azərbaycan təşviqatı ilə bağlı 20-25 milyon dollar pul alır. Çox güman ki, Qubad İbadoğlu - Cəmil Həsənli - Arif Məmmədov üçbucağının da yeni antimilli fəaliyyətinin maliyyə stimulyatorları məhz həmin təşkilatlar olub.

Beləliklə, C.Həsənlinin niyə “qorxu” çəkdiyi məlum olur. Artıq bütün qaranlıqların üzərinə işıq düşür. Bu işıqda Cəmil Həsənlinin də qaranlıq fəaliyyəti ortaya çıxacaq...

SADİQ

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30