Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fərqimiz göz önündədir...

Fərqimiz göz önündədir...

22.08.2023 [11:27]

Yeganə BAYRAMOVA

"Erməni silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa əməl etmədən çoxsaylı vəhşiliklər törədiblər.  Cenevrə Konvensiyasına əsasən silahlı münaqişələr zamanı heç bir halda münaqişə tərəfləri mülki insanları atəşə tutmamalıdır. Bu gün birinci Cenevrə Konvensiyasının imzalandığı gündür. 30 ilə yaxın işğaldan və müharibədən əziyyət çəkmiş xalq olaraq Ermənistanın bu beynəlxalq Konvensiyanın şərtlərini hər zaman pozduğunu görmüşük. Nədənsə beynəlxalq hüququn norma və prinsipləri çox vaxt münaqişə tərəflərindən günahkar olanın işinə yarayır. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Hətta qalib ölkə kimi humanizm prinsipləri ilə düşmənlərə jest də edib. Amma unutmayaq ki, hər zaman sonda haqlı olan qalib gəlir. İstər döyüş meydanında, istərsə də beynəlxalq hüquq çərçivəsində. 44 günlük savaşdan sonra Azərbaycanın diktəsi ilə bölgədə yaranan yeni reallıqlar bunu bir daha təsdiq edir”.

Bu barədə “Yeni Azərbaycan”a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə bildirib.

Hüquqşünas bildirib ki, Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə Azərbaycan tərəfinə keçdikdə saxlanılıb və dərhal Ermənistana sağ-salamat geri qaytarılıb: “Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytarır, onların əsir götürüldüyünü gizlətməyə çalışır. Sonradan isə əsgərlərimizə verdikləri işgəncələri və qeyri-insani rəftarları sosial şəbəkələrdə yaymağa başlayırlar. Ermənistan bununla Birinci Cenevrə Konvensiyası maddəsinin tələblərini pozur. Həmin maddədə birmənalı olaraq qeyd olunub ki, əsir götürülmüş əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Ermənistan da bu konvensiyaya qoşulub”.

Ç.Qənizadə qeyd edib ki, hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar Cenevrə Konvensiya ilə qorunur: “Hərbi əsirlərlə rəftara dair Konvensiyanın tələbinə görə, əsirlər dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onların taleyinə görə tam məsuliyyət daşımalıdır. Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır. Onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz. Beləliklə, Cenevrə Konvensiyasının tələblərinə əsasən azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftar birbaşa Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30