19.10.2019 xəyanətinin anatomiyası...
20.10.2023 [12:12]
Əli Kərimlinin iğtişaş cəhdləri nəyə hesablanmışdı?
Qarabağ Zəfərinə, qələbəyə gedən yolda baş verən hadisələr, “döngələr”, “dolanbaclar” barədə çox danışmaq olar. Amma diqqətimizi bir nüans cəlb edir - etməlidir də: 2019-cu ildə Vətən müharibəsinin başlanmasına düz bir il qalmış Əli Kərimlinin başçılıq etdiyi xəyanətkar dəstənin yenidən “aktivləşdirilməsi” göz ardı edilə bilməz. Hətta Vətən müharibəsinə bir il qalmış Kərimlinin paytaxtın mərkəzində qarşıdurmalar təşkil etmək, Azərbaycanda qarşıdurmaların olması görüntüsünü “ötürmək” niyyəti də boş yerə deyildi. 2019-cu ilin oktyabr ayında, xüsusilə oktyabrın 19-da redikül xəyanətkarların Bakı ilə, Azərbaycanla bağlı yaratmağa çalışdığı fon bundan ibarət idi - alt məqsəd isə...
Alt məqsədin özəyində təbii ki, erməni təəssübkeşliyi dayanırdı. Həm Ermənistana havdarlıq edən, həm də Əli Kərimlini maliyyələşdirən dairələr Azərbaycan dövlətinin uğurla apardığı siyasətin konturlarını, istiqamətini görürdülər. Bu yola mane olmaq, ən azından ləngitmək üçün isə bütün vasitələrdən istifadə edilirdi. Ermənipərəst mərkəzlərin oyuncağı olmağa öyrəşmiş müxalifətçilər isə ən rahat vasitə idi - onları küçələrə salaraq qarşıdurma görüntüsü yaratmaq, bunun üzərindən ölkəmizə qarşı insan hüquq və azadlıqlarının pozulması adı altında təzyiq kampaniyaları təşkil etmək, bir sözlə, dövlətin və hakimiyyətin diqqətini Qarabağa köklənməkdən yayındırmaq cəhdləri ən “prinsipial məqsəd” idi. Ermənipərəst dairələrə nökərçilik edən Kərimli və dəstəsinin hətta terror çağırışları etməkdən çəkinməməsi də yaddaşlardan silinməyib... 2019-cu ilin 8 oktyabr piketi öncəsi Əli Kərimlinin özü kimi xəyanət girdabında olan Sevinc Osmanqızının internet kanalındakı müsahibələrində kütləvi itaətsizlik çağırışları, “Sudan, Əlcəzair təcrübəsindən bəhrələnmək” məsləhətləri, insanları qanunları pozmağa, qarşıdurmalar yaratmağa yönləndirməsi ilə bağlı fikirləri həm yaddaşlarda, həm də həmin internet kuanallarının videoyazılarında durmaqdadır. Bu, açıq şəkildə ölkədə siyasi sabitliyi pozmaq, millli birliyə, həmrəyliyə qarşı hücum xarakteri daşıyırdı.
Xainliyi dövründə gah radikal dindarlara “sığınan”, gah Qərbin anti-azərabycançı mərkəzlərinə üz tutan, gündə bir rəngə boyanan, kimlərinsə “baharından”, kimlərinsə “yazından” ruhlandırılan Əli Kərimli 2019-cu ilin oktyabrın 19-da vətəndaş qırğını salmaqda maraqlı idi - bu faktdır. Qanuni yolla öz aksiyasını keçirməkdən boyun qaçıran, əksinə, qanunlara qarşı gəlməyi üstün tutan, şəhərin mərkəzində qeyri-sabitlik yaratmaq istəyən, asayişi qoruyan hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni çağırışlarına qarşı təxribatlar hazırlayan bu şəxsin etdikləri birbaşa xarici emissarlar tərəfindən hazırlanan planın tərkib hissəsi idi.
Əli Kərimli və ona göstəriş verənlər bu yolla sabit, inkişaf edən, dünyada nüfuz qazanan, ən əsası illərdir aparılan uğurlu siyasət nəticəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm üstünlüklər əldə etmiş Azərbaycandan qorxurdular. Əli Kərimli kimi xainlərdən istifadə edən ermənipərəst dairələr öz niyyətlərinə nail ola bilmədilər - 2019-cu ilin oktyabrında Kərimlinin təxribatlarına uymayan, öz dövlətinin maraqlarını üstün tutan xalqımız cəmisi bir il sonra bu ermənipərəstlərə ən böyük zərbəni vurdu: bir yumruğa çevrilən, dövlətinin və Prezidentinin ətrafında sıx birləşən xalqımız Qarabağı erməni işğalından azad etdi. Özünün yalanlarının içində əriyib yox olan, hətta düşərgədaşları tərəfindən belə qınanan, yalanları ifşa edilən, xəyanətləri palçıq kimi üzünə vurulan Əli Kərimli isə 2019-cu ildə olduğu kimi 2020-ci ildə və ondan sonrakı dövrlərdə də qulluq etdiyi dairələrin qarşısında “üzüqara” qaldı...
MƏNSUR
Xəbər lenti
Hamısına bax
Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53

Xəbər lenti
28 Noyabr 12:50

Xəbər lenti
28 Noyabr 12:26

Xəbər lenti
28 Noyabr 12:21

Xəbər lenti
28 Noyabr 11:53
