Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir? - YENİLƏNİB

Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir? - YENİLƏNİB

18.12.2023 [13:41]

Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir.

Saatlı rayon xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.

xxx

Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31