Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə və Misir liderləri arasında telefon danışığı olub

Türkiyə və Misir liderləri arasında telefon danışığı olub

20.12.2023 [21:57]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların çatdırılması və ikitərəfli münasibətlər müzakirə olunub. 

Prezident Ərdoğan İslam ölkələrinin birlik içində İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Yenidən Misir Prezidenti seçilən Sisiyə uğurlar diləyən Ərdoğan yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31