Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərəb Parlamentinin prezidenti: Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik

Ərəb Parlamentinin prezidenti: Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik

08.02.2024 [10:13]

Növbədənkənar prezident seçkilərində qazandığı böyük uğura görə Azərbaycanı təbrik etmək istəyirəm. Dünən biz bir çox seçki məntəqələrində müşahidə apardıq. Olduğumuz seçki məntəqələrinin hamısında çox yüksək fəallıq müşahidə etdik. Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ərəb Parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında qurumun prezidenti, nümayəndə heyətinin rəhbəri Adel bin Əbdulrəhman əl-Asumi deyib. 

O qeyd edib ki, hər bir seçici öz iradəsi ilə istədiyi namizədə səs verə bildi. Seçki çox gözəl şəkildə və seçici aktivliyi ilə keçdi. 

İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin tam şəkildə iştirakının müşahidə olunduğunu qeyd edən Al-Asumi bildirib: “Seçkilər şəffaf şəkildə keçdi. Ərəb Parlamenti olaraq biz bunu alqışlayırıq. Ümumilikdə seçkilərin gedişatının pozulması ilə bağlı heç bir hal qeydə alınmadı. Hər hansı ciddi pozuntu ilə qarşılaşmadıq”.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

YAP xəbərləri

Müstəqillik uğrunda

16 Yanvar 21:40

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31