Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pərviz Şahbazov: “COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq”

Pərviz Şahbazov: “COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq”

01.03.2024 [15:21]

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 760 MVt-lıq stansiyanın təməli qoyulacaq.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz olub. COP29 ərəfəsində 760 MVt-lıq stansiyanın təməlini qoymağı razılaşdırdıq”, - deyə nazir qeyd edib.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30