Menendes layiq olduğu cəzanı aldı
31.01.2025 [10:37]
Məhkəmə ermənipərəst senatoru 11 il müddətinə azadlıqdan məhrum edib
Keçmiş amerikalı senator, ermənipərəst mövqeyi ilə tanınan Bob Menendeslə bağlı məhkəmə qərar verib. Belə ki, korrupsiya və rüşvətxorluqda ittiham olunaraq ona 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib. Hökmü ABŞ-ın Manhetten dairə hakimi Sidni Ştayn elan edib. Keçmiş senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışmaqda ittiham edilir. İttiham aktına əsasən, Menendes və erməniəsilli həyat yoldaşı Nadine Menendes bunun müqabilində qızıl külçələr, yüzminlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb.
“Timsahın göz yaşları”, yaxud Menendes məhkəmədə niyə ağlayıb?
Hökmdən əvvəl keçmiş senator ağlayaraq ailəsindən başqa onun üçün dəyərli olan hər şeyi itirdiyini bildirib. 2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendes Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senator olub. Bu, Menendesin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.
O, ötən ilin avqustunda vəzifəsindən istefa vermişdi. Həmin vaxt Nyu-York məhkəməsi Nyu-Cersidən olan Demokratlar Partiyasının təmsilçisi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Menendesi rüşvətxorluq, pul fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli elan etmişdi. Prokurorlar sübut etmişdilər ki, senator Menendes Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb. Məhkəmə ona 11 illik həbs cəzası kəsməklə bu iddiaları təsdiqləyib.
480 min dollardan çox pul və 13 qızıl külçə...
Xatırladaq ki, ermənipərəst senator Bob Menendesin məhkəmə prosesi ötən ilin may ayından başlamışdı. Hələ əvvəllər “USA Today” nəşri Bob Menendes və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc etmişdi. Məqalədə ABŞ-ın federal prokurorlarının verdiyi məlumata əsasən bildirilirdi ki, cinayət xarakterli sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misir hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini vəd veriblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Daha əvvəl onun evində axtarış aparılan zaman 480 min dollardan çox pul, dəyəri 100 min dollardan çox olan 13 qızıl külçə və yaxınlıqdakı bankın seyfindən 80 min dollara yaxın pul aşkar edilib. Senator bununla ikinci dəfədir rüşvət məsələsinə görə məhkəmə qarşısına çıxarılıb. İlk dəfə o, 2017-ci ildə həkimlə bərabər rüşvət almada iştirak etdiyinə görə məhkəməlik olmuşdu. Keçən ilin payızında həbs olunduqdan sonra Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Bob Menendes Azərbaycana qarşı qərəzli çıxışların müəllifidir
Bob Menendes, həm də Azərbaycana qarşı çıxışları və ermənipərəst mövqeyi ilə tanınır. Yeri gəlmişkən, Menendesin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla “birləşəndən” sonra baş verib. “Arslanyan” soyadını Menendesə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendesin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendesin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsi qadağasını açıq şəkildə pozduğu qeyd olunub. Bütün bunların nəticəsində o, layiq olduğu həbsə məhkum edildi.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53

