Ermənistan yeni siyasi xaosa doğru...
26.01.2022 [10:09]
Armen Sarkisyanın istefası məğlub ölkədə vəziyyəti daha da gərginləşdirib
Pərviz Sadayoğlu
Ermənistan prezidenti Armen Sarkisyanın istefası bu ölkədə siyasi gərginliyi artırıb. İndi əsas müzakirə mövzularından biri konstitusiya islahatları ilə respublikada idarəetmə formasının dəyişdirilməsidir. İstər hakimiyyət, istərsə də müxalifət cəbhəsində olan qüvvələr bu məsələ ilə bağlı fərqli fikirlər səsləndirməkdədirlər. Prezidentin istefasını “qaçış” kimi dəyərləndirən siyasi qüvvələr isə onu ötən dövr ərzində Ermənistanın gələcəyi ilə bağlı hər hansı bir ciddi addım atmamaqda günahlandırırlar.
Baş nazir Nikol Paşinyan isə keçirdiyi mətbuat konfransında ölkəsinin parlament sistemindən yarı-prezident idarəetmə formasına keçməsinə tərəfdar olmadığını diqqətə çatdırıb. “Mənim şəxsi fikrim budur ki, dövlət idarəetmə sistemi dəyişməməlidir”, - deyə o vurğulayıb. Baş nazir qeyd edib ki, Ermənistanda konstitusiya dəyişiklikləri baş verməyə bilər. Bununla yanaşı, Paşinyan S.Sarkisyanın 2018-ci illə bağlı açıqlayacağını bildirdiyi “sirrlər” haqqında da məlumatlı olduğunu diqqətə çatdırıb. Baş nazir söyləyib ki, həmin məxfi qrifli danışıqlar onda da var.
Parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə Armen Sarkisyanın tezliklə başlaya biləcək daxili və xarici siyasi proseslərdən yayınmağa çalışdığını bildirib. O qeyd edib ki, Sarkisyanın bəyanatında nələrə eyham vurulmasından asılı olmayaraq, o, dövlət başçısı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyib. Ohanyan deyib ki, Sarkisyanın prezident kimi ölkədə konstitusiyanı, təhlükəsizliyi qorumaq üçün həm səlahiyyət, həm də protokol öhdəlikləri var idi, amma bunları yerinə yetirməyib.
“Ermənistan” bloku isə prezidentliyə namizəd irəli sürmək fikrindədir. Blokun parlament fraksiyasının katibi Artsvik Minasyan deyib ki, bu məsələ müzakirə mərhələsindədir. O əlavə edib ki, prezident vətəndaşları milli məqsədlər ətrafında birləşdirmək üçün lazım olan keyfiyyətlərə malik olmalıdır. Minasyanın fikrincə, yeni prezident “siyasi çoxluğun prezidenti” olmamalıdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, Ermənistanda iki ilə yaxındır davam edən, bu günlərdə daha da dərinləşən siyasi böhranın kökündə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər dayanır. Xüsusilə son dövrlərdə Azərbaycan dövlətinin diplomatik müstəvidə əldə etdiyi uğurlar bu ölkəni çıxılmaz vəziyyətə salıb: “Soçi və Brüssel görüşlərinin ardından sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlərin gündəmə gəlməsi, kommunikasiya xətlərinin açılması ilə əlaqədar bəyanatlar verilməsi İrəvanda siyasi qarşıdurmaları daha da artırıb. Bir qisim siyasi qüvvə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını və perspektivdə əməkdaşlığı xilas yolu kimi qiymətləndirsələr də, bəziləri bunu “xəyanət” adlandırırlar. Xüsusilə də, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişinin ardından müxalifətə keçmiş əvvəlki iqtidar komandası cəmiyyətdəki gərginliyin artmasında maraqlıdır”.
A.Sarkisyanın hələ prezident seçildiyi dönəmdə belə böyük səlahiyyətlərə malik olmadığını deyən A.Əlizadənin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra prezidentlə baş nazir arasında böyük gərginliklər yaşanırdı. “Xüsusilə müharibədən sonra orduya rəhbərlik etmiş şəxslər və bəzi nazirlər vəzifələrindən kənarlaşdırıldıqları zaman prezident Sarkisyan az da olsa, müqavimət göstərməyə çalışmışdı. Amma konstitusiya ilə əlində hər hansı bir səlahiyyətin olmaması səbəbindən ciddi müdaxilə edə bilməmişdi. Bəlli olduğu kimi, Sarkisyan daha çox Qərbin adamı sayılır və biznesmendir. Rusiya ilə münasibətləri də isti deyil. Bu mənada, Azərbaycanın böyük üstünlüklər qazanması da Sarkisyanı istefaya vadar edən səbəblər sırasındadır. Görünür, gələcəkdə öz adının bu məsələlərlə yanaşı çəkilməsini istəmir. Sarkisyan bu addımı həm də baş nazir Paşinyanın planlarını gecikdirməyə, prezidentlik institutu ilə bağlı aktiv müzakirələr açmağa hesablanıb. Prezident onsuz da anlayırdı ki, konstitusiya dəyişikliklərindən sonra istər-istəməz tutduğu vəzifədən kənarlaşdırılacaq”, - deyən AMİP sədri vurğulayıb ki, həm parlamentdə olan, həm də parlamentdən kənar müxalifətin Paşinyana qarşı növbəti ciddi müqavimətinin şahidi ola bilərik.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43

