Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İraq məhkəməsi yeddi narkotik alverçisinə ölüm hökmü çıxarıb

İraq məhkəməsi yeddi narkotik alverçisinə ölüm hökmü çıxarıb

10.06.2024 [13:38]

İraq məhkəməsi bir əcnəbi də daxil olmaqla yeddi narkotik alverçisinə ölüm hökmü çıxarıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İraq Ali Məhkəmə Şurasının mətbuat xidməti bəyanat yayıb. Məlumatda qeyd olunub ki, məhkumlar qonşu ölkələrdən narkotik vasitələrin idxalı və ixracı ilə məşğul olduqları üçün ölüm cəzasına məhkum ediliblər.

2003-cü ildən sonra İraqı bürümüş xaos və münaqişələr bu ölkədə narkotik təhlükəsi ilə effektiv şəkildə mübarizə aparmağa mane olub.

2023-cü ilin mayında İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani narkotiklərə qarşı mübarizənin aparılmasının vacibliyini vurğulayaraq onun alverinin və dövriyyəsinin terrorizmin maliyyələşdirilməsinin əsas yollarından biri olduğunu bildirib.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30