Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağ Evin 11 sentyabr hücumlarında təqsirləndirilən şəxslərlə sövdələşmədən xəbəri olmayıb

Ağ Evin 11 sentyabr hücumlarında təqsirləndirilən şəxslərlə sövdələşmədən xəbəri olmayıb

02.08.2024 [13:25]

Ağ Evə iyulun 31-dək məlumat verilməyib ki, 2001-ci il sentyabrın 11-də terror aktlarını təşkil etməkdə ittiham olunan üç müttəhim edam cəzasının ömürlük həbslə əvəzlənməsi müqabilində günahını etiraf etməyə razılaşıblar.

yeniazerbaycan.com RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Bu şəkildə, o, terror hücumu qurbanlarının ailələrinin tənqidlərinə cavab verib. 

"Çərşənbə gününə qədər Ağ Ev razılaşmadan və ya ona aparan proseslərdən xəbərsiz idi. ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandasına məsələni müzakirə etmək üçün Müdafiə Nazirliyinin rəsmiləri və rəhbərliyi ilə əlaqə saxlamağa göstəriş verib. Bundan başqa hələ heç nə deyə bilmərəm", - deyə o bildirib.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30