Əhalisi sürətlə qocalan Çində pensiya yaşı qaldırıla bilər
11.09.2024 [12:18]
Çinin Xalq Nümayəndələri Konqresi bu həftə ölkənin dünyanın ən aşağı pensiya yaşlarından birini təxirə salmaq üçün rəsmi planını qiymətləndirib. Bu, onilliklər ərzində mövcud olan əmək qanunvericiliyinin dəyişdirilməsi və azalan işçi qüvvəsinin yaratdığı iqtisadi təzyiqlərin yumşaldılması istiqamətində mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, hakim Kommunist Partiyası iyul ayında Çinin ölkənin pensiya yaşını mərhələli şəkildə qaldıracağını bildirmişdi. Kişilər üçün pensiya yaşı indi 60-dır ki, bu da əksər inkişaf etmiş iqtisadiyyatlardan təxminən altı il aşağıdır, eyni zamanda, bu rəqəm xidmət sektorunda çalışan qadınlar üçün 55, fabriklərdə işləyən qadınlar üçün isə 50-dir.
İnsanların daha uzun müddət işləməsi pensiya büdcəsinə təzyiqi azaldacaq, çünki bir çox Çin əyalətləri artıq böyük kəsirlərlə üzləşir. Bu, həm də pensiyaları gecikdirəcək və yaşlı işçilərin işlərində daha uzun müddət işdə qalmasını tələb edəcək ki, belə hallar onların xoşuna gəlməyə bilər.
Çində 2050-ci ilə qədər gözlənilən ömür uzunluğunun 80 ildən çox olacağı proqnozlaşdırıldığı üçün islahatlara ehtiyac var. Eyni zamanda, yaşlı insanlara dəstək olmaq üçün lazım olan əmək qabiliyyətli əhalinin sayı da azalır.
Milli səhiyyə orqanları 60 və daha yuxarı yaşda olan insanların sayının 2035-ci ilə qədər 280 milyondan təqribən 400 milyona çatacağını gözləyirlər ki, bu da Böyük Britaniya və ABŞ-ın indiki əhalisinə bərabərdir.
Hazırda hər bir çinli təqaüdçü beş işçinin töhfələri ilə dəstəklənir. Bu, on il əvvəlki göstəricinin yarısı qədərdir və 2030-cu ilə qədər 4:1 və 2050-ci ilə qədər 2:1 nisbətinə doğru gedir.
Bu rəqəmlərlə bağlı 100 mindən çox insan Sinxua agentliyinin məqaləsinə “Weibo” sosial şəbəkəsində şərhlər yazaraq, gənclər arasında işsizliklə əlaqədar vəziyyətin pisləşməsindən, eləcə də pensiya ödənişlərinin gecikdirilməsi səbəbindən yaşlı insanların daha uzun müddət işləməsindən narahatlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

