Gün gələcək ki...
17.10.2024 [08:39]
Son çay quruduqda, son ağac yox olduqda, son balıq öldükdə Avropa pulun yeyilməz olduğunu anlayacaq
Bəşəriyyət XXI əsrə yüksək inkişaf səviyyəsi ilə qədəm qoyub. İnnovativ transformasiyalar dövrü kimi səciyyələnən Dördüncü sənaye inqilabının yeni-yeni kəşflərinin şahidi olmaqdayıq. İnternet şəbəkəsinin formalaşması dünyada ölkələri, xalqları bir-birinə heç vaxt olmadığı qədər yaxın edib. Sivilizasiyaların asanlaşan qarşılıqlı əlaqəsi fonunda dünyanın dörd bir tərəfi insanların yaşaması üçün daha rahat və cəlbedici ola bilər.
Fəqət, dünyanı dəyişən inkişaf nə qədər sevindiricidirsə, bu tərəqqi fonunda ayrı-ayrı ölkələrin, xüsusilə də imperialist güc mərkəzlərinin keçmişin bəzi qalıqlarından hələ də ikiəlli yapışdıqlarının şahidi olmaq bir o qədər kədərlidir. Söhbət ABŞ-nin, Fransanın, Niderlandın, bütövlükdə kollektiv Qərbin üzqarası siyasətindən- müstəmləkəçilikdən əl çəkməmələrindən gedir. Təzadlı mənzərədir: Bu gün Qərbdən dünyaya demokratiya, insan haqları, bərabərlik kimi çağırışlar edilir. Ancaq belə görünür ki, adları çəkilən dövlətlər üçün bu kimi çağırışlar gəlişigözəl sözlərdən başqa bir şey deyil. Çünki onlar nəzarətlərində saxladıqları ərazilərdə reallaşdırdıqları sümürmə siyasətini getdikcə daha qəddar formada davam etdirirlər.
Müstəmləkəçiliyin əsasını qoyan kəşflər
Bir sıra hallarda buxar maşınlarının kəşfi, gəmiçiliyin təşəkkül tapması elə müstəmləkəçiliyin başlanğıcı kimi dəyərləndirilir. Tarixdə ilk coğrafi kəşflər XV-XVII əsrlərdə avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə edilib. Açıq sulara ekspedisiyaların çıxması yeni okeanların, qitələrin kəşfində böyük rol oynayıb. Təbii ki, səyyahları özünə cəlb edən təkcə coğrafi ərazilər deyildi. Orta əsrlərdə Avropada iqtisadi vəziyyətin ağır olması bu kəşflərə təkan verib və yeni, zəngin torpaqların axtarılması istəyini artırıb. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərində fransız və genuyalı gəmiçilər tərəfindən həyata keçirilib. Kəşf olunan ərazilər yeni dünya idi. Təbii ki, həmin ərazilərin sakinlərinin öz həyat tərzi var idi. Onlar Avropa ilə müqayisədə, necə deyərlər, ibtidai həyat sürürdülər. “Xam ərazilər” səyyahların, onların ardınca isə daha çox sərvət həvəsində olan dövlətlərin marağını getdikcə daha çox çəkirdi.
Ancaq XV əsrdə başlayan bu kəşflər “xam ərazilərə” və onların sakinlərinə yaxşı heç nə gətirmədi. Getdikcə daha çox ərazilərdə çağırılmamış qonaqların sərt qayda-qanunları işləməyə başladı. Kəşf olunan torpaqlarda, adalarda insanların həyat tərzi dəyişdi, avropalıların aşıb-daşan varlanmaq hərisliyi yeni torpaqlarda insanların hüquq və azadlıqlarının kobudcasına pozulması ilə nəticələndi. Beləliklə də dövlətlər səviyyəsində müstəmləkəçilik siyasətinin əsası qoyuldu. Burada 1885-ci ildə Berlində keçirilən toplantını xatırlamamaq mümkün deyil. Həmin toplantıda Afrika qitəsinin rəsmi olaraq müstəmləkəçilər tərəfindən bölüşdürüldüyü bəyan edilib.
İstilalara bərabər kəşflərin kədərli nəticələri olaraq Avropa dövlətləri yeni ərazilərdə xam və məhsuldar torpaqlar əldə etməklə, zəngin təbii sərvətlərə çıxış qazanmaqla, ucuz işçi qüvvəsinə sahiblənməklə kifayətlənmədilər. Çağırılmamış qonaqlar yeni ərazilərə epidemiyalar, yoxsulluq, qəddarlıq, ölüm və insanlıq əleyhinə digər cinayətlər gətirdilər. Aborogen sakinlər assimilyasiyaya məruz qaldılar, milli kimliklərin itirilməsi prosesi başladı, onların dilləri, dinləri, mədəniyyətləri, adət-ənənələri əllərindən alındı. Müxtəlif transformasiyalara baxmayaraq, XIX əsrə qədər davam edən müstəmləkəçilik sisteminin əsas məqsədi bir olaraq qalıb - yerli cəmiyyətləri mümkün qədər çox istismar etmək, onların köləlikdən çıxmaq cəhdlərinin qarşısını almaq və sərvətlərini qəddarcasına talamaq.
Avropa dövlətlərinin bu gün də davam edən müstəmləkəçilik yarışı
Kollektiv Qərbin Asiya, Afrika və Amerikada yüz illər əvvəl yaratdıqları müstəmləkəçilk sistemi bu gün yeni formada, ancaq köhnə, klassik məzmunda davam etməkdədir. Bu gün ayrı-ayrı Avropa dövlətləri sanki müstəmləkəçiliyi davam etdirmək uğrunda bir-biri ilə bəhsə giriblər. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrika ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, üzqarası siyasətinin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.
Niderland da Avropa dövlətləri arasında gedən müstəmləkəçilk yarışında ön sıralarda dayanır. Bu ölkə öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirir. Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır. Yerli əhali adalardan qovulur, onlar gəlmələrlə əvəzlənirlər. Dirəniş göstərib tarixi torpaqlarında qalmaq istəyənlərlə ikinci dərəcəli “vətəndaşlar” kimi rəftar edilir, müstəqillik tərəfdarları təqib olunur və müxtəlif bəhanələrlə həbsə alınırlar. Artıq müstəmləkə ərazilərində yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağalar qoyulub, o cümlədən, onların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaradılmır. Niderlandın siyasi hakimiyyəti hər nə qədər müstəmləkə cinayətlərini gizlətməyə çalışsa da, baş verənlər ətrafında informasiya çəpəri çəksə də, zaman-zaman dəhşətli faktların üstü açılır. Bir sıra hallarda tükürpədən faktları elə Niderland mənbələrinin özləri mətbuata ötürüblər. Niderland Dövlət Muzeyindən (Rijksmuseum) belə açıqlama verilmişdi ki, onlar müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarmaq niyyətindədirlər. “Trouw” qəzetində yazılırdı ki, Hollandiya muzeyi Şri-Lanka və İndoneziya ilə danışıqlara başlamaq istəyir. “Hollandiyanın müstəmləkələrdən olan mədəni irsinin bir hissəsinə çevrilmiş bu əsərlər oğurluq ola bilər”, - deyə “Trouw” qəzetində işıq üzü görən məqalədə vurğulanırdı.
Dünyanın supergüc dövləti olan ABŞ-nın müasir kontinental ərazisi 19-cu əsrdə formalaşıb. 19-cu əsrin sonlarından etibarən ABŞ-ın ekspansiyası Atlantikanın Karib hövzəsini, Sakit Okeanın adalarını və arxipelaqlarını əhatə edir. Həmin vaxt bu adaların bir hissəsi digər dövlətlərin yurisdiksiyasından kənarda idi. Onlar müharibələr nəticəsində ştatların idarəçiliyinə keçirdi, bəziləri isə sahiblərindən alınırdı. ABŞ-ın öz nəzarəti altına keçirdiyi ərazilərə Quano, Havay, Puerto-Riko, Samoa, Ryukyu adalarını və digərlərini nümunə göstərə bilərik. Sonradan Vaşinqton bəzi müstəmləkə ərazilərinin müstəqilliyini tanısa da, digərlərinin belə hüququnu tanımaqdan vaz keçir. Məsələn, Puerto-Riko 51-ci ştat olmaq istəyir, amma Vaşinqton bununla razılaşmır. ABŞ Amerika qitəsində özünü hakimi-mütləq kimi aparır. Vaşinqton zaman-zaman o iddiadan çıxış edir ki, qitədə istənilən ərazini özünə birləşdirə bilər. Qitə hər tərəfdən okean suları ilə əhatə olunub və ABŞ təcavüzünə məruz qalacaq ərazilərə kömək edə biləcək qədər gücə malik dövlət yoxdur.
Qərbin üz qarası - qul ticarəti
Qərbin “mədəni insanları”nın daha çox qazanmaq həvəsi zamanla “qul ticarəti” və “irqçilik” kimi anlayışların meydana çıxmasına da səbəb olub. XV əsrdən etibarən Avropa dövlətləri Afrikada, Amerikada və Asiyada ərazilər işğal etdikcə qitələr arasında ticarət genişlənib. Afrikadan Amerikaya qul kimi gətirilən milyonlarla insanın köləliyə məruz qalması ilə irqçilik daha da güclənib. Avropalı müstəmləkəçilər afrikalıları və yerli xalqları “aşağı irqlər” kimi təsvir edərək, onların köləliyə və torpaqlarının işğala layiq olduğunu iddia edirdilər.
Təkcə 150 il ərzində Afrika qitəsində 11 milyon insan köləyə çevrilərək Amerikaya daşınıb. Atlantik okeanı vasitəsilə qul ticarəti təxminən üç əsr davam edib və bu dövr ərzində kölələşdirilən insanların sayının 150 milyona yaxın olduğu ehtimal edilir. Gəmilərlə daşınarkən ölən qulların sayı isə təxminən 1,4 milyon nəfərdir. Bu insanlar başda kənd təsərrüfatı və mədənlər olmaqla, müxtəlif sahələrdə amansızcasına işlədilib.
XVII-XIX əsrlərdə isə “elmi irqçilik” anlayışı ortaya çıxaraq inkişaf etməyə başlayıb. Bu dövrdə bir çox Avropa alimləri insanların irqlərə bölünməsini “bioloji” və “elmi” əsaslarla izah etməyə çalışırdılar. Bu yanlış elmi iddialar irqçi düşüncələrin yayılmasına təkan verib və kolonial siyasətləri əsaslandırmaq üçün istifadə edilib.
Avropada sürətlə yayılan irqçilik xüsusilə Afrika, Asiya və Amerikadan Qərbə gətirilən insanların fərqli fiziki görünüşü və davranış xüsusiyyətləri səbəbindən onların zooloji bağlarda - insan zooparklarında sərgilənməsinə yol açıb. Bu insanlar təbii mühitlərinə bənzər dekorasiyalı qəfəslərdə və ya məkanlarda sərgilənirdi. İnsanlar vəhşi heyvanlarla yanaşı nümayiş etdirilir və müstəmləkəçi dövlətlərin vətəndaşları tərəfindən “maraqla” izlənilirdi.
Köləyə çevrilən insanların mədəniyyətin beşiyi hesab olunan Avropadakı zooloji bağlarda sərgilənməsi yaxın tarixə qədər davam edib. Belə ki, sonuncu belə insan nümayişi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya Sərgisində “Konqolu kənd” adı altında təşkil olunub. Sərgidə təxminən 700 konqolu özlərinin ənənəvi paltarlarını geyinərək sanki vəhşi və primitiv həyat tərzi sürən qəbilə nümayəndələri kimi təqdim olunub. Konqolular sərgidə avropalılar tərəfindən ziyarət edilir və bəzən qəfəslərdə nümayiş etdirilən heyvanlarla müqayisə olunurdular. Ziyarətçilər onları “eqzotik” həyat tərzlərinə görə seyr edirdilər ki, bu da əsasən kolonial üstünlük və irqçi düşüncələrin davamı idi.
Yeni müstəmləkəçilik metodları
Zaman keçdikcə koloniyalarda azadlıq uğrunda səslər yüksəlməyə başlayıb. Bunun ardınca müstəmləkəçiliyi uzun müddət davam etdirə bilməyəcəyini faktiki olaraq anlayan bəzi dövlətlər nəzarət altında saxladıqları torpaqlarda yaşayan xalqların müstəqillik tələblərini tanımaq məcburiyyətində qalıblar və onlara yarı müstəqillik verərək səslərini bir növ boğublar. Əslində isə bu, müstəmləkəçilik siyasətinin yeni forması idi. Belə ki, bu dəfə özlərini böyük hesab edən dövlətlər müxtəlif manipulyasiya texnikaları ilə iqtisadiyyat, müdafiə sənayesi və xarici siyasətdə onları özlərindən asılı vəziyyətə salıblar. Yəni, müstəmləkəçilik faktiki işğal yerinə müxtəlif metodlarla digər dövlətlər üzərində hegemonluq qurmaq yolu ilə davam edib. İqtisadi embarqo, sanksiyalar, terror, etnik münaqişə, dini qarşıdurma və vətəndaş müharibəsi kimi üsullarla ölkələrin inkişafı əngəllənib və onları xarici asılılıqda saxlamaq hədəflənib.
Bu gün kolonializm demək olar sona çatmış kimi görünsə də, ayrı-ayrı ərazilər hələ də rəsmi olaraq müstəmləkə statusunda qalır. Karib dənizindəki Qvadelupa və Martinika, Sakit okeandakı Yeni Kaledoniya və Fransız Polineziyası bu gün də Fransa tərəfindən idarə olunur. ABŞ-ın idarəsində olan Puerto Riko və Quam adaları kimi ərazilər hələ də tam müstəqil dövlətlər deyil.
Dünya tarixində yaşanan bütün bu insanlıqdan uzaq hadisələrə Qızıldərili Sioux qəbiləsinin rəhbəri Tatanka İyotake ən gözəl cavabı “Son çay quruduqda, son ağac yox olduqda, son balıq öldükdə ağ adam pulun yeyilməz olduğunu anlayacaq” sözləri ilə verib.
Azərbaycan ümid yeridir
Bu gün Fransanın, Niderlandın və bir sıra digər Avropa dövlətlərinin neokolonializm siyasətindən əziyyət çəkən ayrı-ayrı müstəmləkə ölkələri Azərbaycana ümid yeri kimi baxırlar ki, bu da təsadüfi deyildir. Azərbaycan öz siyasətində həmişə ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış edir. Heç bir dövlət digər ölkələrlə diktat üsul-idarəsi ilə davrana bilməz. Ölkəmiz o mövqedən çıxış edir ki, münasibətlər bərabərlik və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Öz sərvətlərinə sahiblənmək, milli kimliyini, ənənələrini, dilini, mədəniyyətini qorumaq hər bir xalqın hüququdur. Fransa, Niderland, ABŞ xalqlara, milli dövlətlərə bu hüququ tanımalıdır. Uzun illər ərzində müstəmləkəçilk siyasəti aparan dövlətlər Afrikada, dənizaşırı ərazilərdə törətdikləri cinayətlərə görə üzr istəməli və təzminatlar ödəməlidirlər.
Azərbaycan üzv olduğu Qoşulmama Hərəkatı (QH) vasitəsilə və müstəqil şəkildə Avropanın müstəmləkəçilk siyasətindən əziyyət çəkən xalqlara mənəvi-siyasi dəstək verir. Respublikamız vaxtaşırı kolonializm siyasətinə qarşı aparılan mübarizə mövzusunda tədbirlərə ev sahibliyi edir. Məsələn Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən birinci qurultayı baş tutub. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyalarından olan 3 təşkilat da qurultayın işində fəxri qonaq qismində iştirak edib.
Paytaxtımızın ev sahibliyi etdiyi belə beynəlxalq tədbirlərdə Fransanın, Niderlandın ən ağır şərtlər əsasında həyata keçirdiyi müstəmləkəçilik siyasəti kəskin tənqid olunur. Bakıdan dünyaya çağırış edilir ki, müstəmləkəçilik keçmişin qalığıdır və artıq ona birdəfəlik son qoyulmasının zamanı çatıb.
Kollektiv Qərbin müstəmləkəçilik siyasətinin qanlı izlərinin ifşasında Azərbaycanın təklifləri əsasında yaranan Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər çoxlu sayda beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Avropa dövlətlərinin hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

