İqlim dəyişikliyinə qarşı...
30.10.2024 [10:26]
Ekoloji təhlükələrin aqrar sahəyə təsirlərini azaltmaq üçün nüvə texnologiyalarının tətbiqinə başlanılıb
Son illərdə qlobal iqlim fəsadlarının ətraf mühitə təsirlərinin güclənməsi bir çox iqtisadi sahələrə, o cümlədən kənd təsərrüfatına ciddi ziyanlar vurmaqdadır. İqlim dəyişikliyi səbəbindən suvarma suyunun çatışmazlığı, quraqlıq, yüksək temperatur və yağıntıların azalması baş verir ki, bu da məhsul istehsalında riskləri hər il artırır. BMT-nin 2021-ci ildə dərc etdiyi hesabata əsasən, ekoloji problemlərin yaxın onilliklərdə artacağı, kənd təsərrüfatı, iqtisadiyyat, və digər sahələrə mənfi təsirlərin dərin xarakter alacağı ehtimal olunur. Bu baxımdan onlardan biri - nüvə texnologiyaları quraqlığa, şoranlığa, xəstəliklərə qarşı dözümlü olan yeni bitki, xüsusilə də pambıq və taxıl sortlarının yaradılmasında ən təsirli mexanizmlərdən biri hesab olunur. Hətta bir çox ölkələr hazırda nüvə texnologiyalarını iqtisadiyyatın və sənayenin innnovasiyalaşmasına, startup yönümlü layihələrə də cəlb etməyi düşünür.
Atom Agentliyinin hibrid sortları...
Azərbaycan hökuməti də qlobal iqlim çağırışlarına həssaslıqla yanaşaraq “yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı layihəsi hazırlayıb. Layihədə kənd təsərrüfatı fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsi, eləcə də quraqlığa dözümlü yeni sortların yaradılması ilə bağlı tədbirlər müəyyən olunub. Xarici ölkələrin təcrübəsinə əsaslanan bu konsepsiya sənədinin reallaşması üçün “yaşıl kənd təsərrüfatı” sahəsində yetkin təcrübəsi olan xarici ölkələrlə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) tövsiyəsinə əsasən, respublikamızda pilot layihənin icrası məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığa başlanılıb. Dünyada müasir “yaşıl aqrar” modellərinin tədbiqində faydalı nəticələri ilə fərqlənən AEBA-nın nümayəndə heyəti ölkəmizə səfər edərək aqrar sektoru dərindən təhlil edərək iqlim dəyişikliyinə adaptasiya edilən texnologiyaların tətbiqi ilə bağlı ilkin yol xəritəsi hazırlayıb. Həmin strateji yanaşma əsasında pambıqçılıq sahəsində xəstəliklərə, şoranlığa, quraqlığa davamlı sortların yaradılması üçün nüvə texnologiyasından istifadəyə start verilib. Layihəyə əsasən, şüalandırma yolu ilə yeni mutant bitki, hibrid sortların alınmasına başlanılıb.
“Ağıllı nüvə texnologiyaları”nın pambıqçılıqda tətbiqi...
AEBA “ağıllı nüvə texnologiyaları”nın pambıqçılıqda tətbiqi məqsədilə 3 il əvvəl azərbaycanlı aqrar elm üzrə mütəxəssisilərə, eləcə də fermerlərə və mülkiyyətçilərə ənənəvi texnologiyalardan qabaqcıl kənd təsərrüfatı metodlarına keçidlə bağlı təcrübəni öyrədib. Agentliyin əməkdaşlarının sınaq metodlarına əsasən, 12 min pambıq toxumu AMEA-nın Radiasiya Problemləri İnstitutunda müəyyən dozalarda şüalandırılıb və əkini aparılıb. Üç il ərzində layihə çərçivəsində “Mutant-1”, “Mutant-2” və “Mutant-3” nəsil bitkilər alınıb və bitkilər xəstəlik, quraqlıq və şoranlığa davamlılıq xüsusiyyətlərinə görə seçilib. Yekunda üç il davam edən layihə nəticəsində Azərbaycanda yerli pambıq sortlarından quraqlığa və şoranlığa davamlı mutant xətlər almaq mümkün olub. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, adi, klassik seleksiya yolu ilə yeni sort 10-12 ilə alınırsa, bu texnologiyanın tətbiqi ilə sortun alınması ən azı iki dəfə qısalır. Yəni 5-6 ilə yeni sortlar almaq mümkündür. Hazırda pam?ıq əkinində həmin texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Taxılçılıqda da nüvə texnologiyalarından istifadə olunacaq
AEBA ölkəmizdə müsbət effekt verən bu aqrotexnoloji yanaşmanının genişləndirilməsini və əməkdaşlığın növbəti mərhələsi kimi taxılçılıqda nüvə texnologiyasının tətbiqini təklif edib. Əldə edilmiş razılaşmaya əsasən, AEBA-nın maliyyə dəstəyi ilə əlverişsiz mühit amillərinə qarşı davamlı taxıl sortlarının yaradılması layihəsinin hazırlıqlarına başlanılıb. İlkin seleksiya işləri müsbət dəyərləndirilir və bu istiqamətdə daha geniş nüvə tədqiqlərinin aparılması nəzərdə tutulur.
Bir neçə gün əvvəl ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin eksperti Qreyg Makkenzi ilə Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə buğda və arpa istehsalında “ağıllı kənd təsərrüfatı” üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub və taxılçılıqda nüvə texnologiyalarının yeni alətlərinin tətbiqi məqsəduyğun hesab edilib.
Beləliklə, aqrar sahədə nüvə texnologiyalarının tətbiqi müasir dövrdə ölkəmizin milli iqtisadi siyasətində başlıca yer tutan ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılması strategiyasına əsasən, ərzaqlıq buğda istehsalında məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29

