Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qlobal şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər – PROQNOZ

Qlobal şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər – PROQNOZ

01.12.2024 [23:21]

2024-cü ildə dünya üzrə şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatında yer alır.

Hesabat müəllifləri qeyd edirlər ki, 2024-cü ildə dünyada 235 milyon hektolitr şərab istehsalı gözlənilir ki, bu da 1961-ci ildən sonrakı dövrdə ən pis göstəricidir. Sözügedən ildə dünyada 220 milyon hektolitr şərab istehsal edilmişdi.

Şərab istehsalının 2023-cü illə müqayisədə 2 faiz, onillik dövr üzrə isə 13 faiz azalacağı proqnozlaşdırılır.

Hesabata görə istehsalın azalması əlverişsiz iqlim şərtləri – yazda uzunmüddətli yağışlar və yayda uzun müddət davam edən istilərlə əlaqədardır. Belə iqlim şəraiti zərərvericilərin artması ilə nəticələnir.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30