Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub
08.02.2025 [20:18]
Qara dənizə mazut axıdılması nəticəsində delfinlərin kütləvi şəkildə ölməsi ilə bağlı vəziyyət getdikcə daha həyəcanlı hal alır.
AZƏRTAC xəbər verir ki, tələf olan delfinlərin sayı artıq 84-ə çatıb. Mütəxəssislər qeyd edirlər ki, ekosistem üçün fəsadlar uzunmüddətli ola bilər.
2024-cü il dekabrın 15-də Qara dənizdə baş verən mazut sızması bölgədəki delfin populyasiyasına fəlakətli təsir göstərib. “Delfa” Elmi-Ekoloji Delfin Xilasetmə Mərkəzinin məlumatına görə, Anapa, Novorossiysk, Gelencik, Tuapse vilayəti və Soçi sahillərində 84 ölü delfin tapılıb.
Mütəxəssislər vurğulayırlar ki, ilin bu vaxtı üçün bu qədər çox sayda ölü delfinin olması anormal dərəcədə yüksəkdir. Cəsədlərin vəziyyəti göstərir ki, delfinlərin əksəriyyəti fəlakətdən sonrakı ilk on gün ərzində ölüb.
Ekoloqlar xəbərdarlıq edirlər ki, mazutun tərkibindəki zəhərli maddələr dəniz ekosistemlərinə təsirini davam etdirdiyindən delfin ölümlərinin sayı yaxın aylarda arta bilər. Bundan əlavə, Kerç boğazı ərazisində balıq miqrasiyası ilə əlaqəli olan delfinlərin konsentrasiyası var. Bu, daha çox narahatlıq doğurur, çünki çirklənmə sahəsi genişlənərək dəniz məməliləri üçün riski artırır.
Hazırda mazut dağılmasının nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, lakin Qara dəniz ekosisteminin tam bərpası uzun müddət çəkə bilər.
Kerç boğazında “Volqoneft-212” və “Volqoneft-239” tankerlərinin batmasından sonra mazut dağılması Krımın və Krasnodar diyarının sahilyanı ərazilərinin irimiqyaslı çirklənməsinə səbəb olub. Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dənizə 4 min tona yaxın mazut axıdılıb və sahildə yeni çirklənmə qeydə alınmaqda davam edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, delfinlərin bədənlərində toplanan toksikantlar onların immunitetini zəiflədə və müxtəlif xəstəliklərə səbəb ola bilər ki, bu da gələcək üçün məyusluq doğurur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

