BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb
29.03.2025 [22:27]
Birləşmiş Millətlər Təşkilatı bu il humanitar yardım fəaliyyətini davam etdirmək üçün tələb olunan 21,1 milyard dollar əvəzinə cəmi 1,57 milyard dollar alıb, ABŞ kimi əsas donorların kənara çəkilməsi ianələri 40 faiz azaldıb.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Ümumdünya Ərzaq Proqramı (WFP) indi ən çox ehtiyacı olan ölkələrə üstünlük verir və cəbhə bölgələrində qida rasionunu genişləndirir. “Biz əməliyyat xərclərini azaltmaq üçün əlimizdən gələni etsək də, həyati təhlükə yaradan nəticələri olan maliyyə uçurumu ilə üzləşirik”, deyə bu strukturun bəyanatında bildirilib. Qeyd olunub ki, təcili qidalanma proqramları təkcə insanların həyatını xilas etmir, həm də onların əzabını yüngülləşdirir, ifrat dərəcədə aclıqla üzləşən əhaliyə, icmalara ümid verir.
Maliyyə vəsaitində kəskin azalmalar təşkilatın Qəzza, Sudan, Suriya və Konqo Demokratik Respublikası daxil olmaqla 28 bölgədəki qlobal proqramlarını təhdid edir. Eyni zamanda, silahlı münaqişədən əziyyət çəkən Cənubi Sudanda yağışlı mövsüm yaxınlaşdıqca, kəskin ərzaq çatışmazlığı ilə üzləşən 12,7 milyon insanın üçdə ikisi ac qala bilər.
WFP Şərqi Afrika ölkəsində müharibədən, ekstremal iqlim hadisələrindən və iqtisadi tənəzzüldən xilas olmuş 2,3 milyon insana ərzaq və qida yardımı edir. Bir milyondan çox insan qonşu Sudandan yoxsul ölkəyə qaçıb.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü xəbərdarlıq edib ki, tibbi ləvazimat çatışmazlığı, ictimai səhiyyə sisteminin dağılması və viral epidemiyaların sıçrayışı şəraitində Konqo Demokratik Respublikasında humanitar böhran daha da pisləşə bilər. Qoma şəhərinin qərb hissəsindəki Valikaledə baş verən son qarşıdurmalardan sonra 700-ə yaxın insan xəstəxanada müalicə axtarır, lakin maliyyənin kəsilməsi, xəstəliklərin yayılması və yardımın dayandırılması onların səhiyyə xidmətinə çıxışını əngəlləyir.
Təxminən 2 min insanın artıq öldüyünü vurğulayan ÜST nümayəndəsi, həmçinin böhranın Burundi, Ruanda, Uqanda və Tanzaniya kimi qonşu ölkələrə də təsir etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, virusa hər 10 yoluxmuş insandan biri Konqo ilə Burundi sərhədi yaxınlığında böyük bir epidemiya nəticəsində vəbadan ölür. Regionda vəba və mpox da daxil olmaqla yoluxucu xəstəliklərin epidemiyası müşahidə olunur və dəhşətli humanitar vəziyyət ölüm nisbətlərinin artmasına səbəb olur.
ÜST-nin təcili tibbi yardım qrupları insanlara qayğı göstərmək üçün əlavə qüvvələri səfərbər edir. Təşkilat bu yaxınlarda Uqandadan Keniya və Tanzaniya üzərindən Qomaya qədər uzanan yollarda 20 ton tibbi ləvazimat daşıya bilib, amma bunların hamısı böhrandan 50 milyon insanın təsirləndiyi ölkədə sadəcə okeanda bir damla olub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

