Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

11.02.2026 [18:53]

Tailandın Hat Yay rayonunda yerləşən məktəbə silahlı hücum edilib. Hadisə nəticəsində müəllim və şagirdlər arasında yaralananların olduğu bildirilir, lakin dəqiq say açıqlanmayıb.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, silahlı şəxs dərs gününün sonuna yaxın binaya daxil olaraq atəş açıb. O, atışmadan sonra bəzi müəllim və şagirdləri girov götürüb, bir çox şagird isə məktəb binasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə polis, xüsusi təyinatlı qüvvələr və xilasedicilər cəlb olunub. Təhlükəsiz ərazilərdə olan şəxslər təxliyə edilir, hücum edən şəxslə danışıqlar aparılır. Hazırda ərazidə əməliyyat davam edir.

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31