Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada konstitusiyaya təklif olunan dəyişikliklər müzakirə olunur

Rusiyada konstitusiyaya təklif olunan dəyişikliklər müzakirə olunur

07.03.2020 [11:56]

“Rusiya Konstitusiyasına dəyişikliklər tələb olunur, çünki ölkədəki vəziyyət kəskin şəkildə dəyişib”. “RİA-Novosti”nin xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Dövlət Dumasının fraksiyalarının rəhbərləri ilə görüşündə deyib.
Vladimir Putin bildirib ki, Konstitusiyaya düzəlişlər üzərində birgə işləyərkən təkcə bu gün deyil, həm də sabah haqqında düşünürük: “Ona görə ki, bu, Əsas Qanundur. Müxtəlif vaxtlarda və fərqli vəziyyətlərdə bir çoxunuz bu Konstitusiyanın xüsusi şərtlər altında qəbul edildiyini söyləyibsiniz”.
Onun sözlərinə görə, Konstitusiyanın qəbulundan ötən dövrdə Rusiya “əslində, artıq fərqli bir ölkəyə” çevrilib.
Eyni zamanda, dəyişiklik layihəsinin referenduma çıxarılmasına toxunan dövlət başçısı yenilənmiş Konstitusiyanın milliyyətindən, qabiliyyətindən, dinindən və yaşadığı bölgədən asılı olmayaraq insanları birləşdirməsinin vacibliyini vurğulayıb. Referendum keçirilməsinə aydınlıq gətirən Rusiya Prezidenti bütün cəmiyyəti birləşdirməli olan Əsas Qanunun müəllifinin Rusiya vətəndaşlarının olmasının zəruri olduğunu əlavə edib.
Artıq birinci oxunuşda Dövlət Dumasında qəbul edilən dəyişiklik layihəsinə toxunan Vladimir Putin görüş zamanı Duma fraksiyalarının rəhbərlərini ikinci və üçüncü oxunuşlarda da Konstitusiyaya dəyişikliklər haqqında qanun layihəsini dəstəkləməyə və seçiciləri məlumatlandırmağa çağırıb.
Xatırladaq ki, cari ilin yanvar ayının sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dövlət Dumasına Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi təqdim edib. Qanun layihəsini birinci oxunuşda qəbul edən Dövlət Duması, həmçinin Prezidentin referendumun 22 aprel 2020-ci il tarixində keçirilməsi təklifini də dəstəkləyib, həmin gün qeyri-iş günü elan edilib. Dövlət başçısı isə öz növbəsində Rusiya Mərkəzi Seçki Komissiyasına səsverməyə hazırlıq işlərini təşkil etməyi tapşırıb.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31