/ / İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08.04.2020 [15:08]
Ermənistan mətbuatı tənəzzül və böhranın hökm sürdüyü bu ölkədə növbəti etiraz dalğasının və vətəndaş qarşıdurmasının qaçılmaz olduğunu yazır
Hakimiyyət dəyişikliyinin ikinci ili tamam olan Ermənistanda ümumi ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin getdikcə daha da pisləşməsi müşahidə olunmaqdadır. Belə ki, bütün dünyada geniş yayılan yeni növ koronavirus infeksiyası işğalçı ölkədən də yan keçməyib. İnfeksiyanın hazırkı və ehtimal olunan fəsadları həm heç bir maliyyə-iqtisadi resursa malik olmayan Paşinyan hökumətini, həm də əhalini təşvişə salmaqdadır. Müşahidəçilərin ümumi qənaətinə görə, hələ koronavirus təhlükəsindən əvvəl gözlənilən sosial-iqtisadi tənəzzülün qaçılmaz olduğu ortadadır.
Beləliklə, koronavirus pandemiyası onsuz da acınacaqlı durumda olan işğalçı Ermənistanda növbəti etiraz dalğasının baş qaldırmasını, vətəndaş qarşıdurmasını labüd edib. Məsələn, “1in” saytına müsahibə verən politoloq Levon Şirinyan deyib ki, insanlar sözün həqiqi mənasında əziyyət çəkirlər, əhalinin rifahı sıfır səviyyəsindədir.
Ermənistanın iqtisadi tənəzzüllə üzləşdiyi bu ağır günlərdə Nikol Paşinyanın davranışı da ciddi tənqid olunur. “İrates” qəzeti yaranmış vəziyyətdə, hətta hakim komandanın üzvlərinin də bir-birinə dərin təəccüblə baxdıqlarını yazır. “Bütün mehmanxana və xəstəxana binalarının çarpayı yerləşdirmək üçün çadır şəhərciklərinə çevrildiyi bir vaxtda N.Paşinyan öz ailəsi ilə Göyçə gölünün sahilində “həftəsonu” keçirir”,- deyə vurğulanan məqalədə Paşinyanın ailəsindən başqa artıq heç kimə, xüsusən də komandasına qayğı göstərmədiyi, çünki orada ciddi metamorfozların baş verdiyi diqqətə çatdırılıb.
Yeni növ koronavirus infeksiyasına yoluxma hallarının həddən çox qeydə alınması hökumətə qarşı narazılığı artırır
Yeni növ koronavirus infeksiyasının Ermənistanda geniş yayılması da Paşinyan hökumətinin ciddi tənqid atəşinə tutulmasına səbəb olub. Daha dəqiq desək, qonşu dövlətlərə nisbətən Ermənistanda bu infeksiyasiyaya yoluxma hallarının həddən çox qeydə alınması həm əhalini təşvişə salır, həm də yarıtmaz fəaliyyət göstərən Paşinyan hökumətinə qarşı narazılığı artırır. Məsələn, “Armenianreport.com”da tənqidi yazı ilə çıxış edən Qalust Qriqoryan hökuməti İranla sərhədləri gec bağlamaqda ittiham edir və Ermənistanı qonşularla müqayisə edərək vəziyyətin acınacaqlı olduğunu bildirir. Müəllifin sözlərinə görə, qonşular təxirəsalınmaz tədbirlər gördüyü müddət ərzində Paşinyan hökuməti açıq-aşkar bu təhlükəni inkar etmək şüarları ilə referenduma hazırlaşırdı: “Sonda layiq olduğumuz vəziyyətə düşdük. İndi iqtisadiyyat çökür, dram səssizcə devalvasiya edir, xaricdən pul köçürmələri azalır, işsizlik artır”.
Xaricdən yardım alınmasa, ölkə əsl fəlakətlə üz-üzə qalacaq
Ermənistan mətbuatının yazdığına görə, bütün son hesabatlar göstərir ki, mövcud hökumət koronavirus infeksiyası ilə mübarizə üçün nə edəcəyini bilmir – həkimlər, tibb bacıları, xəstəxanalarda yerlər, tənəffüs aparatları, maskalar çatışmır və həyati vacib olan heç nə yoxdur. Mütəxəssislərin yekdil rəyi odur ki, bu şəraitdə indiki hökumət xaricdən yardım almasa, Ermənistan əsl fəlakətlə üz-üzə qalacaq.
“İrates” qəzeti isə yazır ki, yeni koronavirus infeksiyası ilə bağlı Ermənistanda ortaya qoyulan statistika real mənzərəni əks etdirmir. Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti koronavirusu aşkarlamaq üçün ölkəyə keyfiyyətsiz, ucuz testlər gətirib, onların əksəriyyəti də nəticəni düzgün göstərmir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Ermənistanla bağlı proqnozu ürəkaçan deyil
Tənəzzül dövrü keçirən Ermənistan iqtisadiyyatına bir zərəbə də “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən gəlib. “Aysor.am” saytı yazır ki, Ermənistanın uzunmüddətli defolt reytinqinin proqnozu “BB” səviyyəsində təsdiq edilərək “stabil”dən “mənfi” səviyyəsinə endirilib. Agentliyin saytında yerləşdirilmiş məlumatda deyilir ki, koronavirus şoku iqtisadi asılılığa malik olan Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir.
Koronavirus pandemiyası Paşinyan hökumətini bitirir
Yerli mətbuat Ermənistanda az-çox fəaliyyət göstərən müəssisələrin də işləmədiyi, sərhədlərin uzunmüddətli bağlı olduğu bir vəziyyətdə ölkədə tam xaos yarana biləcəyindən ehtiyatlanan hökumətin gələn həftədən fövqəladə vəziyyət rejimini yumşaltmaq istədiyini yazır. Baş nazirin sosial şəbəkə vasitəsilə əhaliyə sonuncu müraciətində də bu ehtimaldan bəhs etməsi və ermənilərə normal həyata qayıtmaq barədə ümidlər verməsi onun fövqəladə vəziyyət rejimindən imtina etmək cəhdi kimi qiymətləndirilir.
N.Paşinyanın siyasi rəqibləri isə hazırda baş verənlərin səbəbini xalqın iki il əvvəlki səhvində görür. Ermənistandakı bəzi ekspertlər ardıcıl olaraq yanlış addmlar ataraq bütün dünya qarşısında gülünc vəziyyətə düşən indiki hökumətin hələ də hakimiyyətdə qalmasına təəccüblərini gizlətmirlər. İndiki böhrandan sonra cəmiyyətin hansısa köklü dəyişikliklərə ümidləri də puça çıxdığı üçün koronavirus pandemiyasının Paşinyan hökumətini bitirəcəyi ehtimal olunur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

