Məğlub Ermənistanda etirazlar səngimir
20.01.2021 [09:44]
İqtidar-müxalifət qarşıdurması revanşist çağırışlar, qarşılıqlı ittihamlar və təzadlı çıxışlarla müşayiət olunur
Məlum olduğu kimi, biabırçı kapitulyasiya aktına imza atan təcavüzkar Ermənistanda ötən ilin noyabrından başlayan siyasi böhran davam etməkdədir. Belə ki, iki aydan çoxdur ölkəni bürüyən kütləvi etiraz aksiyaları yeni ildən yeni taktika və formalarla özünü büruzə verir. Eyni zamanda, müharibədən ciddi itkilərlə çıxan ölkədə sosial-iqtisadi böhran da getdikcə dərinləşir.
Yerli medianın məlumatına görə, son günlərdə paytaxt Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarla yanaşı, hərbi xidmətə çağırılanların valideynlərinin yürüş və piketləri də baş tutub. “Armenia Today” yazır ki, baş nazirlə görüşsələr də, valideynlərin qaldırdıqları məsələlər öz həllini tapmayıb.
Yeri gəlmişkən, qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın liderlərinin regionlara səfərləri də davam edir. Belə ki, hərəkat bir sıra vilayətlərdə görüşlər və vətəndaş itaətsizliyi aksiyaları keçirib. Erməni mediası yazır ki, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, müxalifətin regionlarda təşkil etdiyi aksiyaların qarşısını almaq mümkün olmur. Eyni zamanda, ölkədə bütün səviyyələrdə səslənən istefa sədalarına cavab olaraq hakimiyyətin növbədənkənar parlament seçkiləri barədə təklifinin müsbət qarşılanmaması cəmiyyətdə hökumətə qarşı inamın mövcud olmadığını göstərir. Parlamentin vitse-spikeri Lena Nazaryanın Paşinyanın növbədənkənar seçki təklifinə təzadlı münasibəti də təəccüblə qarşılanıb. Belə ki, “Sputnik Ermənistan”a verdiyi açıqlamada L.Nazaryan deyib ki, indiki şəraitdə növbədənkənar seçkilərin keçirilməsi yeni böhrana səbəb ola bilər. Onun sözlərinə görə, parlamentdəki müxalifət partiyaları mandat almayacaqlarını bildikləri üçün indi seçki keçirilməsinə müsbət yanaşmırlar: “Əgər “Maariflənən Ermənistan” və “Çiçəklənən Ermənistan” növbədənkənar seçkilərin əleyhinədirsə, parlamentdənkənar siyasi qüvvələr nəticələrin saxtalaşdırılacağını və hər seçki qutusunun yanında qan töküləcəyini bəyan edirsə, bu şərtlər altında necə seçki təşkil etmək olar?”.
Onu da qeyd edək ki, vitse-spiker L.Nazaryanın Ermənistanda revanşizm hislərinin növbəti dəfə yersiz olduğu barədə bəyanat verməsi də daxildə birmənalı qarşılanmayıb. Belə ki, vitse-spiker azad edilən ərazilərin hərbi yolla qaytarılması ideyalarını reqressiv və zərərli hesab edib: “Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və daimi sülh əldə etməsinə çalışmalıyıq. Müharibə olmamalı, bütün məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll edilməlidir”.
Qeyd edək ki, bu çıxışdan sonra revanşist qüvvələr tərəfindən L.Nazaryana ciddi hücumlar olub.
Müxalifətin ittihamlarına gəlincə, “Armenia Today” isə yazır ki, “Vətənin xilası naminə hərəkat”ın liderlərindən biri, “Daşnaksutyun” ali şurasının nümayəndəsi İşxan Saqatelyan deyib ki, hakimiyyət orqanlarının indiki fəaliyyəti ölkəni birbaşa təhdid edir, çünki onlar ordudan iqtisadiyyata qədər məqsədyönlü şəkildə dövlətçiliyin əsaslarını məhv edirlər.
Bu arada, Ermənistanda sosial-iqtisadi vəziyyətin acınacaqlı olmasını media orqanlarında yer alan rəqəmlər də təsdiq edir. Bu faktlardan biri 2020-ci ildə Ermənistanda 22 mindən çox təşkilat və müəssisənin fəaliyyətini dayandırmasıdır. Xatırladaq ki, bir qədər əvvəl iqtisadiyyat naziri Vahan Kerobyan da ötən il idxal, ixrac və istehlak sahələrində təxminən 20 faiz azalma olduğunu etiraf edib.
Göründüyü kimi, siyasi, sosial-iqtisadi sahələrdə böhranın hökm sürdüyü məğlub Ermənistanda hakimiyyətə qarşı etirazlar səngimək bilmir. Hakimiyyətdə təmsil olunanlarla opponentləri arasında qarşılıqlı ittihamlar da davam edir. İqtidar-müxalifət qarşıdurmasının revanşist çağırışlar, qarşılıqlı ittihamlar və təzadlı çıxışlarla müşayiət olunması məğlub ölkədə böhranın daha da dərinləşəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15

