Gülə gülə düşündürən şair...
25.07.2025 [08:32]
M.Ə.Sabirin anım günüdür
Zamanında heç bir şair özünü Mirzə Ələkbər Sabir qədər xalqa sevdirməmişdi. “Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da... Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə. Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir. O, şairliyin və sənətkarlığın əsasını xalqın intibahı uğrunda çalışmaqda, onu qəflət yuxusundan ayıltmaqda görürdü.
Cəmi 6 ilə...
Bu gün böyük şairin vəfatından 114 il ötür. Şair satirik ədəbiyyat və mətbuatda “Sabir” nam-nişanı ilə məşhur olsa da, dövründəki nöqsanlara səbirlə yanaşmadı. O, 43 yaşından sonra yazmağa başlayıb. 43 illik sükutdan sonra “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi.
Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə kimi dahi söz ustaları ilə bir sırada çəkilir. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi-bunların hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edirdi.
Çoxlu dost və düşmən qazanmışdı
O, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
Əvəzsiz bədii xəzinə...
Onun yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəb və təhsil düşmənlərinin ifşası, yalnız elm öyrənməklə özünüdərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açılmışdı. Sabirin həmin maarifçilik fəaliyyəti bu gün də aktualdır.
Şairin yaradıcılığına boylananda onun uşaqlar üçün yazdığı çox gözəl şeirlərinə də rast gəlirik. “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”, “Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”, “Uşaqlara” və s. qeyd edə bilərik.
Cəmi 50 il ömür sürən dahi şair yalnız 5-6 il ardıcıl ədəbi yaradıcılıqla məşğul olub. Lakin bu qısa müddət ərzində elə böyük ədəbi irs qoyub ki, bu irs təkcə ədəbiyyatımız üçün deyil, bütün Şərq poeziyası üçün əvəzsiz bədii xəzinə sayılır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

