/ / Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.04.2017 [10:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırlayıb. Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğulayıb, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib. Siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev bu imkandan istifadə edərək ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğulayıb. Enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu sahələrdə Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, dünyada sənaye üsulu ilə ilk neft quyusunun məhz Azərbaycanda qazıldığını, ölkələrimizin bu sahədə zəngin təcrübəsinin olduğunu bildirib. Prezident İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd edib, Xalid Əbdüləziz Əl Falihin Azərbaycana səfərinin enerji sahəsində əməkdaşlığımızın inkişafında yeni dinamika yaradacağına ümidvar olduğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırıb, Səudiyyə Ərəbistanı xalqının Prezident İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına ehtiramını ifadə edib. Qonaq bildirib ki, o, Azərbaycan kimi gözəl bir ölkəyə səfər etməsindən məmnunluq duyur. Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğulayıb, bu əməkdaşlığımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişləndirildiyini qeyd edib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalid Əbdüləziz Əl Falih ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsindən məmnunluğunu ifadə edib. O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd edib.
Dövlətimizin başçısı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Vəliəhd Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Vəliəhdin varisi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralına, Krallığın Vəliəhdinə və Vəliəhdin varisinə çatdırmağı xahiş edib.
Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini Prezident İlham Əliyevə hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

