Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
11.10.2019 [09:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İqor Dodonu salamlayan Prezident İlham Əliyev deyib: “İqor Nikolayeviç, Sizi görməyimə şadam. Bizim ikitərəfli gündəliyimizə dair fikir mübadiləsi üçün yaxşı imkan yaranıb. Mən bizim görüşlərimizi, o cümlədən Bakıdakı görüşümüzü xatırlayıram. O vaxt biz ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik, münasibətlərimizin inkişafına ciddi təkan verdik. Sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir. Düşünürəm ki, bugünkü fikir mübadiləsi də faydalı olacaq. Zənnimcə, əlaqələrimizin inkişafına yeni təkan verəcəyik”.
Prezident İqor Dodon deyib: “Hörmətli İlham Heydər oğlu, hörmətli dostlar. Əvvələn, bizim ikitərəfli münasibətlərimiz barədə Sizinlə yenidən fikir mübadiləsi aparmaq imkanına görə çox şadam. Bu ilin mart ayında Qlobal Forumda iştirak etməyimi xatırlayıram. Mən bu forumda artıq iki dəfə iştirak etmişəm və gələn il də iştirak etməyi planlaşdırıram. Qeyd etmək istəyirəm ki, bütün istiqamətlər üzrə işlərimiz yaxşı gedir. Sonuncu dəfə Bakıda Sizinlə söhbət zamanı mən demişdim ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın tərkibi yenilənəcək. Dünən Moldova hökuməti İqtisadiyyat nazirini Moldova tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri təsdiq edib. Buna görə ümid edirəm ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Sonuncu iclas 2012-ci ildə olub. Yəni, artıq 7 il keçib və bu müddətdə komissiya işləməyib.
Bir neçə həftə bundan əvvəl mən Sizə rəsmi dəvət məktubu göndərmişəm. Bu gün biz Moldova Respublikasına Sizin rəsmi səfərinizin mümkünlüyünü və hökumətlərarası komissiyanın iclasa hazırlıq məqsədilə həmsədrlərin görüşünün Kişineuda keçirilməsini müzakirə edəcəyik”.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

