2009-cu ildə Azərbaycan beynəlxalq mövqeyini daha da möhkəmləndirib
06.01.2010 [08:52]
Geridə qoyduğumuz 2009-cu il müstəqil Azərbaycanın xarici siyasət tarixində önəmli və məhsuldar illərdən biri kimi yadda qaldı. Artıq neçə illərdir ki, dünya siyasətində özünə layiqli yer tutan respublikamızın beynəlxalq nüfuzu ötən ildə daha da artdı. ölkə rəhbərliyinin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə beynəlxalq əməkdaşlığın iştirakçısı kimi əhəmiyyətini bir daha təsdiqlədi. O da məlumdur ki, dünya ölkələri Azərbaycanı regionda baş verən strateji siyasi və iqtisadi proseslərin gedişatına təsir göstərən aparıcı ölkə kimi qəbul edirlər. Bu isə bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. ölkə başçısının Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik nitqində də bildirdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir: “Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəlibdir. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur”.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini başqa ölkələrlə bərabərhüquqlu, faydalı, mehriban tərəfdaşlıq əlaqələri qurmaq və mövcud münasibətləri daha yüksək səviyyəyə çatdırmaq təşkil edir. Bu baxımdan, 2009-cu il çox məhsuldar bir dövr hesab oluna bilər. Prezident İlham Əliyevin Rusiya, Küveyt, Macarıstan, Yunanıstan, İran, Böyük Britaniya, İordaniya və digər bir sıra ölkələrə baş tutan rəsmi və işgüzar səfərləri çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanlar yaratdı. Eləcə də, Prezidentimizin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edərək Azərbaycan həqiqətlərini bir daha bütün dünyaya bəyan etməsi ölkəmiz barəsində düzgün beynəlxalq rəyin formalaşması baxımından önəmli oldu. ötən il xarici ölkə rəsmilərinin ölkəmizə çoxsaylı səfərləri ilə də yadda qaldı. Belə ki, Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Estoniya, Rusiya, Ukrayna, İsrail, Suriya, Sloveniya və digər ölkələrin yüksəkvəzifəli şəxsləri, dövlət və hökumət başçıları Bakıya səfər etdilər.
Azərbaycan İslam aləminin ən nüfuzlu ölkələrindən birinə çevrilib. Belə ki, Bakı 2009-cu il İslam Mədəniyyətinin paytaxtı elan edildi. Bu məqsədlə fevral ayında İKT-yə üzv ölkələrin liderləri Bakıya toplaşdılar. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın İslam aləminin ayrılmaz bir parçası olduğunu bəyan etdi.
2009-cu ilin daha bir uğuru türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda bir araya gəlməsi oldu. Oktyabr ayında baş tutan IX Zirvə görüşündə Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları da iştirak etdilər. Əminliklə deyə bilərik ki, Azərbaycan artıq Türk dünyasının mərkəzinə çevrilib və qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verməkdədir.
Enerji siyasətinə gəldikdə isə, Azərbaycanın regional və beynəlxalq əhəmiyyəti getdikcə artmaqdadır. Belə ki, Avropa İttifaqı ölkələri hər zaman olduğu kimi, geridə qoyduğumuz ildə də Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm veriblər. Bildiyimiz kimi, ölkəmiz həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş reputasiyasına malikdir. Bu səbəbdən də, avropalı ekspertlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geniş perspektivlərə malik olan bir ölkə kimi analiz edirlər. Qeyd edək ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti birbaşa olaraq Azərbaycanın milli maraqlarının təmin olunması məqsədi daşıyır. Bu siyasətin 2009-cu ildə də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirməklə yanaşı, sürətli daxili iqtisadi inkişafa nail olmağa da imkan verdi. Bildiyimiz kimi, dünya iqtisadi böhranı nəticəsində bir çox ölkələrin iqtisadiyyatında geriləmə və durğunluq müşahidə olunduğu halda, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faizlik artım qeydə alınıb. İnflyasiya göstəriciləri isə 2 faizdən də aşağı olub. Nəticədə əhalinin gəlirləri artıb, vətəndaşların maddi rifah halı daha da yaxşılaşıb. Şübhəsiz, iqtisadiyyatı güclü olan ölkə beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bu baxımdan, 2009-cu ildə də Azərbaycan enerji siyasəti məsələsində öz mövqeyini ortaya qoya bildi. Enerji ixracatında diversifikasiyaya üstünlük verən ölkə rəhbərliyi daha bir vacib addım atdı. Belə ki, oktyabr ayının 14-də Rusiya ilə bağlanan qaz müqaviləsinə əsasən, Azərbaycan bu ilin yanvarından başlayaraq hər il qonşu ölkəyə ən az 500 milyon kubmetr qaz nəql edəcək. Azərbaycan, eyni zamanda, NABUCCO layihəsinin gerçəkləşməsində də maraqlıdır. Qeyd edək ki, həm təhçizatçı, həm də tranzit ölkə kimi Azərbaycan bu layihənin reallığa çevrilməsində müstəsna rol oynaya bilər. çünki kəməri Orta Asiya ölkələri ilə birləşdirə biləcək ən qısa yol Azərbaycan ərazisindən keçir.
Neçə illərdir ki, Azərbaycan xarici siyasətinin qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 2009-cu ildə münaqişənin həlli istiqamətində müəyyən canlanma müşahidə olundu. Belə ki, Minsk qrupu həmsədrlərinin Cənubi Qafqaza səfərləri daha intensiv xarakter aldı, Azərbaycan və Ermənistan prezidentləri arasında bir neçə dəfə görüşlər keçirildi. Eləcə də, Türkiyə rəhbərliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsini bu ölkə ilə sərhədlərin açılmasını istəyən Ermənistanın qarşısına şərt kimi qoydu. Bu məsələdə rəsmi Bakının mövqeyi hər zaman olduğu kimi, ötən ildə də dəyişməz olaraq qaldı. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq: “Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları işə salaraq - bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıda bilsinlər”.
Beləliklə, düzgün qurulmuş xarici siyasət xətti və Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi nəticəsində yenicə qədəm qoyduğumuz 2010-cu ildə daha böyük uğurlara ümid etmək olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

