Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.04.2010 [09:19]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bir daha vurğulanıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan əlaqələri barədə məlumat verib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyət haqqında danışıb. Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31