Prezident İlham Əliyev "İntizar" operasının yeni quruluşda premyerasına tamaşa edib
12.05.2010 [10:53]
Saraya toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşılayıblar.
Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi layihəsini - çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerasını təqdim edib.
Librettonun müəllifi “üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
Operanın yeni quruluşu müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanıb. Əsər boyu əsas vokal formaların təqdimat tərzində, obrazların təsvirində ənənəvi vasitələrlə yanaşı, obraz-yaradıcı komponent kimi, müasir səhnə plastikası və xoreoqrafiyanın imkanlarından geniş istifadə olunub. Xor səhnələrinin xoreoqrafik çevikliyi və rəngarəngliyi, hərəkət uyğunluğu hadisələrin dramaturji axarına dinamiklik gətirir. Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr, (hərəkətli səhnə, video-installyasiya, mürəkkəb işıq palitrası geniş tətbiq olunub. Yeni quruluşun fərqləndirici cəhətlərindən biri də ifaçı heyətin gənclərdən ibarət olmasıdır.
Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəli hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.
Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı nə qədər dəhşətli və güclü olsa belə, onlar vətən sevgisi, ailə məhəbbəti ilə saf və inamlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyildir. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik və ədalətin intizarında olan, gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada “Ağ atlı”nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir.
Bu ümid və inam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

