Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionun ən güclü və böyük partiyasının Lideri

Regionun ən güclü və böyük partiyasının Lideri

23.12.2021 [10:07]

Nurlan QƏLƏNDƏRLİ

Cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini təsdiqləyən çox mühüm amillərdən biri Onun ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik etməsidir. Xatırlatmaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında partiyanın yeni Sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Əlbəttə, cənab İlham Əliyevin həm Azərbaycan Prezidenti, həm də Yeni Azərbaycan Partiyasının Sədri kimi məqsədyönlü fəaliyyəti milli məzmun və xarakter daşıyır, Azərbaycanın inkişafına xidmət edir, milli intibah və tərəqqinin əsasını təşkil edir. Təbii ki, bu fəaliyyət çərçivəsində Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafına müstəsna, layiqli töhfələr verməsi də xüsusi vurğulanmalıdır.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni zamanda, regionun ən böyük və güclü partiyasıdır. YAP, eyni zamanda, mütərəqqi ideyalarla çıxış edən - yenilikçi siyasi qüvvə kimi fərqlənir. Özündə yüksək intellektual potensialı birləşdirən partiyanın fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.

Yeni Azərbaycan Partiyası, həmçinin islahatlar vasitəsilə inkişafı təmin edir. Daxili struktur-təşkilati reformalar da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılıb. 2021-ci ilin 5 mart tarixində partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunub və bununla da partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradılıb. Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına başlanılıb. Şübhəsiz ki, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan olacaq. Bütövlükdə, VII qurultay həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir.

Beləliklə, cənab İlham Əliyevin Sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da artıb və partiya qarşıda duran milli hədəflərə çatmaq istiqamətində öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bir sözlə, qalib xalqın Zəfər partiyası öz yolunda inamla və əmin addımlarla irəliləyir!

 

Paylaş
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31