2 il öncə, bu gün - Şuşa Bəyannaməsi...
15.06.2023 [10:10]
Regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı
Azərbaycan-Türkiyə: dünənimizin, bu günümüzün və sabahımızın yol xəritəsi
Azərbaycan-Türkiyə münasibətləri hər zaman qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsi sayılır. İki ölkə arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələri də məhz dostluq və qardaşlıq kimi dəyərlər üzərində tənzimlənir. Tarixi əsasını hələ minilliklər öncədən başladan, müasir tarixdə isə ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. 1993-cü ildə məhz ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışının ardından iki ölkə arasındakı münasibətlər qardaşlıq, strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də öz xarici siyasətində hər zaman dost, qardaş ölkə olaraq Türkiyənin mənafeyini və maraqlarını qoruyur, dəstəkləyir. Qardaş Türkiyə də qəbul etdiyi qərarlarda, apardığı siyasi xətdə Azərbaycanın milli maraqlarını nəzərə alır. Tarixən eyni soy-kökə malik olan Azərbaycanın və Türkiyənin qarşılıqlı olaraq bir-birlərinin nailiyyətlərindən qürur duymaları, o cümlədən bu nailiyyətlərin davamının, inkişafının olması istiqamətində fəaliyyət göstərməsi hər zaman qeyd olunub. Azərbaycan və Türkiyə dünyada bir-birinə mənəvi-siyasi cəhətdən ən yaxın iki dövlətdir.
Qardaşlıq nümunəsi...
Ölkələrimizi birləşdirən amillər çoxdur. Bu amillər sırasında ən əsası ortaq tarixi keçmişimiz və milli-mənəvi dəyərlərimiz, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. Birliyimiz, həmrəyliyimiz isə dünyaya nümunədir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. İki ölkənin çiyin-çiyinə duruşu, Türkiyənin siyasi dəstəyi qələbəmizdə böyük əhəmiyyət daşıdı. Təsadüfi deyildi ki, qələbə bəyanatının imzalanmasının səhərisi, noyabrın 10-da Prezident İlham Əliyev Türkiyənin o dövrkü xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bildirdi ki, 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.
Bəli, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar bütün dünya tərəfindən eşidildi - bu, sadəcə iki qonşu ölkənin bir-birinə dəstəyi deyildi - bu, iki qardaş xalqın bir yumruğa çevrilməsi hadisəsi idi. Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi - Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.
Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.
Vahid hədəfə istiqamətlənmiş milli iradə...
Təbii ki, bu münasibətlər yalnız iki dövlət arasında inkişaf edən münasibətlər kontekstində izah oluna bilməzdi. İki dövlət liderlərinin qarşılıqlı səmimi qardaşlıq münasibəti xalqlar arasındakı qardaşlığa xüsusi bir rəng qatır - bu gün bütün beynəlxalq tədbirlərdə hər iki Prezidenti yan-yana, əl-ələ görürük. Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın nailiyyəti kimi görülür, qəbul edilir. Bütün beynalxalq platformalarda bu reallıq hər kəs tərəfindən qəbul olunur - Türkiyə və Azərbaycan vahid hədəfə istiqamətlənmiş xarici siyasi kursa malikdir. Biz maraqlarımızı qarşılıqlı şıkildə dünyanın bütün tribunalarında qorumağı bacarırıq.
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bütün bunlar isə ölkələrarası strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini gücləndirməklə regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasları sıxlaşdıran və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafını təmin edib, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.
Digər tərəfdən, ölkələrarası mövcud strateji tərəfdaşlıq münasibətləri regionda perspektiv əməkdaşlıq platformalarının gerçəkləşdirilməsini də mümkün edir. Siyasi-diplomatik münasibətlərin sabit inkişaf tempi ilə davam etməsi, iqtisadi əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verməsi, eyni zamanda, müxtəlif sahələrdə dərin əməkdaşlıq münasibətlərinin davam etdirilməsi deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətləri daimi xarakter daşıyır. Bu isə nəinki regional təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə, hətta beynəlxalq təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr bəxş edir.
Türk Birliyinin rəsmi təsdiqi...
Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Prezident İlham Əliyev belə bir mühüm sənədin Şuşada imzalanmasının önəminə diqqət çəkərək vurğulayıb: “Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi”.
Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini özündə tam şəkildə göstərməkdədir. Məhz bu baxımdan Şuşa Bəyannaməsini regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı belə saymaq mümkündür.
Bəyənnamənin imzalanmasından ötən dövr ərzində demək olar ki, bütün sahələrdə konkret proqramlar əsasında birgə fəaliyyət nümayiş etdirilməkdədir:
-Türkiyə və Azərbaycan “Şuşa Bəyyanəməsi”nin imzalanması ilə xarici siyasət istiqaməti üzrə vahid hədəflər üzrə uğurlu birgə fəaliyyət nümayiş etdirməkdədir;
-Regionun təhlükəsizliyi, davamlı sülhün formalaşdırılması ilə bağlı hər iki dövlət vahid proqram üzrə addımlar atmaqhdadır;
-Milli müdafiə sahəsində mühüm fəaliyyət nümayiş olunur;
-Silahlı Qüvvələrin birgə təlimlərinin keçirilməsi təhlükəsizlik seqmentinin daha da gücləndirilməsinə xidmət edir.
Beləliklə, ötən 2 il ərzində “Şuşa Bəyənnaməsi”nin bəndləri üzrə birgə fəaliyyət planları, vahid konsepsiyalar işlənib hazırlanır, tətbiq olunur. Mətbuata açıqlamasında Prezident İlham Əliyev bildirdi ki, bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir: “Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm”.
Türkiyə - Azərbaycan qardaşlığı qarşılıqlı dəyərlərə söykənir...
Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb etməklə yanaşı, həm də regional təhlükəsizliyin qarantı qismində çıxış edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, bu ilin may ayında Türkiyədə baş tutan həm parlament, həm də iki turda keçirilmiş prezident seçkiləri ölkəmizdə də həyəcanla izlənilirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbayacana münasibətdə tutduğu mövqe digərlərindən kəskin fərqləndi - bu mövqe bütün tesizlərdə, bütü? hədəflərdə, qardaşlığa, birliyə söykəndi. Təsadüfi deyildi ki,
Prezident Rəcəb Tayyib Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə ilk təbrik edən də məhz qardaşı Prezident İlham Əliyev oldu...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

