Egeydən Xəzərə qədər...
11.07.2023 [10:12]
Strateji müttəfiqlərin ortaq “HAKİM” layihəsi...
Türkiyə və Azərbaycanın hava məkanları vahid sistemlə mühafizə ediləcək
“Şuşa bəyannaməsi”ni imzalamaqla münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdıran iki qardaş ölkə - Azərbaycan və Türkiyə qarşıdakı dövrdə hərbi tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Belə ki, Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəlib - strateji müttəfiqlər ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırır. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib ki, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
Son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə - Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Xüsusi vurğulamaq lazımdır ki, bu layihənin siyasi və hərbi əhəmiyyəti olduqca böyükdür. Məsələ ilə bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs “HAKİM”-in bölgədə Azərbaycana, eləcə də Türkiyəyə hərbi-strateji üstünlüklər qazandıracağını deyir. Bu addım iki dövlətlə yanaşı, digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir.
Bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti
Beynəlxalq miqyasda mühüm addımları ilə seçilən, enerji və nəqliyyat layihələri reallaşdıran, 44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti formalaşdırıb. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi - Şuşa Bəyannaməsinin imzalanması oldu. Xüsusi qeyd edilməlidir ki, bu gün hava məkanının birgə müdafiəsi ilə bağlı sistemin formalaşdırılması, bu kimi mühüm bir layihənin icrası da məhz Şuşa Bəyannaməsinə əsaslanır. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu sənəd iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsində olduğu kimi iki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, 2021-ci ilin və son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin icrası regionun geostrateji arxitekturasının yenidən dizayn olunmasına yol açır.
Hərbi-siyasi təhlükəsizliyin təmin olunması...
Bəlli olduğu kimi, Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şuşa Bəyannaməsi strateji müttəfiqliyin, qardaşlığın hüquqi əsasıdır
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrilib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

