Laçın günümüz!
26.08.2023 [10:30]
MÜBARİZ
Vətən müharibəsində qazanılan böyük Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərədək biz daim torpaq itkilərinə məruz qalmışıq. İmperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi Azərbaycan ərazilərində indiki oyuncaq Ermənistan dövləti yaradılıb. Yalnız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan şanlı Qələbə sayəsində biz torpaq itkilərinə son qoyduq və 30 il ərzində işğal altında qalmış ərazilərimizi geri qaytarmağa nail olduq. İki yüzillikdə ilk dəfə idi ki, biz torpaq itkisinə məruz qalmadıq, itirdiklərimizin bir qismini geri qaytardıq. Bu qələbə bütün dünyada yaşayan azərbaycanlılar üçün sonsuz qürur mənbəyidir. Gələcək zəfərlərimiz naminə Vətən müharibəsində qazandığımız Qələbə əbədiləşdirilir və ölkəmizin ərazi bütövlüyünü öz qanları, canları ilə təmin edən igid hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar layiqli şəkildə təbliğ olunur.
İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri
Bu kontekstdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də xüsusi önəm daşıyır. Vətən müharibəsinin hər günü xalqımız üçün qələbə müjdəli oldu. Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin olunması uğrunda ədalətli müharibəyə mənən həmişə hazır olub. Biz cəmiyyət olaraq torpaqlarımızın işğal altında qalması faktı ilə heç vaxt barışmamışıq. Xüsusilə də gənc nəsilin təmsilçiləri ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmağa həmişə hazır olduqlarını bildirirdilər. Sülh danışıqlarında konstruktivlik göstərən dövlətimiz də paralel şəkildə ölkənin güclü iqtisadi potensialına əsaslanmaqla ordu quruculuğunu daim diqqət mərkəzində saxlamışdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə, getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqlar ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Üç onillik ərzində düşmənin nəzarəti altında qalan və tamamilə dağıdılan hər şəhərin, hər kəndin və yüksəkliyin geri qaytarılması bir qəhrəmanlıq dastanıdır. Düşmən bir neçə mərhələdə keçilməsi mümkünsüz görünən istehkamlar qurmuşdu, ətrafdakı yüksəkliklərin də böyük əksəriyyəti qarşı tərəfin nəzarətində idi. Ancaq Azərbaycan hərbiçiləri mümkünsüz görünəni mümkün etdilər. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. Siyahını təqdim edirik:
26 avqust - Laçın şəhəri günü
4 oktyabr - Cəbrayıl şəhəri günü
17 oktyabr - Füzuli şəhəri günü
20 oktyabr - Zəngilan şəhəri günü
25 oktyabr - Qubadlı şəhəri günü
8 noyabr - Şuşa şəhəri günü
20 noyabr - Ağdam şəhəri günü
25 noyabr - Kəlbəcər şəhəri günü.
Laçında dalğalanan Azərbaycan bayrağı
Siyahıdan da bəlli olduğu kimi, bu gün uca dağlar qoynunda yerləşən Laçının günüdür. Günün mübarək, Laçın! Biz həmişə şüurumuzda, qanımızda, canımızda səninlə olmuşuq və bütün varlığımızla sənə can atmışıq. Artıq düşmənin murd?r ayaqlarını yurdumuzun bu əsrarəngiz gözəlliyə malik guşəsindən kəsmişik, bir görüşə, bir nəvazişə, bir təbəssümə həsrət qalanlar kimi sənə qovuşmuşuq, bundan sonra da həmişə bir yerdə olacağıq! Qısqanclıqla bizə baxıb paxıllıq edən, başında min cür məkrli planlar quran düşmən bunu bilsin və qulağında sırğa etsin!
Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü. Bununla da düşmən öz istəyinə çatmışdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Ancaq ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, ötən il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”, - deyə vurğulayıb.
Laçına köç davam edir
Postmüharibə dövründə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışının təmin olunması dövlət siyasətinin 5 mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Ötən ildən başlayaraq Böyük Qayıdış proqramının icrasına start verilib. Böyük Qayıdışın ilk ünvanı Zəngilan rayonunun Ağalı kəndi oldu. Doğma, əziz insanlarını səbirsizliklə gözləyən Laçına isə ilk köç 2023-cü ilin mayında reallaşdı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşdırılıblar.
Bundan sonra Laçına yeni köçlər yola salınıb. Bütövlükdə, indiyədək Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib. Laçına köç davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

