Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib
31.12.2011 [00:12]
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilib.
Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanıb. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırıblar.
Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərdilər, balacaların rəqs və səhnəcikləri maraqla müşayiət olundu. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri aydın sezilirib.
Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndiririblər.
Rəqqaslara qoşulan, al-əlvan yolka ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdiriblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqları bayram münasibətilə təbrik edərək deyib: “Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər! Mən bu bayram günü sizinlə olmaqdan çox şadam. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu Yeni il bayramında həmişə olduğu kimi, sizi görməyə çox şadam. çox şadam ki, uşaqlar belə xoş əhval-ruhiyyədədirlər, sevinirlər, oynayırlar, oxuyurlar. Başa çatan 2011-ci il ölkəmizin tarixində xüsusi yer tutacaqdır. Əziz uşaqlar, siz hamınız yəqin bilirsiniz ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edib. Bu 20 il ərzində ölkəmiz çox böyük nailiyyətlər əldə edib. ölkəmiz bütün sahələrdə inkişaf edir, yeni proqramlar icra olunur, şəhərlərimiz gözəlləşir, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, idman mərkəzləri tikilir. ölkəmizdə bütün sahələrdə böyük inkişaf gedir. Bunu hamımız görürük. Hamımız fəxr edirik ki, biz belə bir qüdrətli və gözəl ölkədə - Azərbaycanda yaşayırıq.
Əlbəttə, bütün bu işlərin məqsədi Azərbaycanı güclü, müstəqil, qüdrətli ölkəyə çevirməkdir. Həm də əsas məqsəd ondan ibarətdir ki, siz gələcəkdə belə ölkədə yaşayasınız. çünki ölkəmizin inkişafını siz davam etdirəcəksiniz. Buna görə də siz bu gün, ilk növbədə gözəl təhsil almalısınız. çünki gələcək yalnız və yalnız təhsil, bilik, savad və ağılla bağlıdır. Mən bu bayram axşamı, əlbəttə, sizə ilk növbədə cansağlığı arzulamaq istəyirəm. İstəyirəm ki, siz yaxşı oxuyasınız, savadlı, bilikli olasınız. İstəyirəm ki, siz sabah müstəqil Azərbaycanın qurucuları olasınız. Əlbəttə, bugünkü nailiyyətlər hamımızı sevindirir. Bu gün hamımız fəxr edirik ki, belə bir gözəl ölkədə yaşayırıq. Yola saldığımız il bir neçə böyük qələbələrlə də yadda qalacaqdır. Bu gün biz son mahnıda yenə də “Eurovision-2011” müsabiqəsindəki qələbəmizi xatırladıq. Yəqin ki, siz hamınız xatırlayırsınız, biz necə sevinirdik! Bizim iki gənc ifaçımız Azərbaycana bu qələbəni qazandırdı. Bütün Avropa bizə səs verdi. Bu, Azərbaycanın böyük qələbəsidir. Gələn il “Eurovision” mahnı müsabiqəsi ölkəmizdə keçiriləcək və mən əminəm ki, bu, gözəl bir bayrama çevriləcəkdir. Bundan başqa, ölkənin həm ictimai, həm də siyasi həyatında digər nailiyyətlər də olub. Əlbəttə, bunlar hamısı ilk növbədə, gənclərimizin, uşaqlarımızın gələcəyinə yönəlmiş addımlardır. Əziz uşaqlar, əziz valideynlər, hörmətli müəllimlər, ona görə bu gün mən sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə Yeni İldə, ilk növbədə, cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram! çox sağ olun!”.
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, Yeni İlin rəmzi olan oyuncaq əjdahalar hədiyyə olunub.
Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrilib. Fondun Yeni il şənliklərində ümumilikdə 2 minə yaxın uşaq iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə uşaqların təhlükəsizliyi üçün bütün tədbirlər görülüb, onların “Buta” sarayına gəlib-getməsi üçün rahat avtobuslar ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

