Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan gimnastları beynəlxalq turnirdə iki qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə iki qızıl medal qazanıblar

21.08.2024 [12:44]

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunlardan ikisi qızıl, biri gümüş mükafatdır.

Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb. Bundan başqa, S.Məmmədova "Turnirin kraliçası" nominasiyasının qalibi adına layiq görülüb.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28