Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

18.02.2025 [22:16]

Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.

Hazırlıq prosesinə Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycan idmançıları qatılıblar.

Fevralın 21-dək davam edəcək toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28