Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Neftçi” Benin millisinin futbolçusunu transfer edib

“Neftçi” Benin millisinin futbolçusunu transfer edib

05.06.2025 [12:56]

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda Bakı təmsilçisinə keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30