Avropa Atletika Assosiasiyasının rəhbərliyi Bakıda bir sıra görüşlər keçirib
01.06.2018 [09:01]
Ölkəmizdə səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Kristian Milz müxtəlif idman obyektlərini ziyarət edib və görüşlər keçiriblər.
Azərbaycan Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə də görüşüblər. Görüşdə ölkəmizdə idmanın inkişafına dair fikir mübadiləsi aparılıb.
Qonaqlar Bakı Olimpiya Stadionunda olublar. Azərbaycandakı idman qurğuları ilə yaxından tanışlıq zamanı “Bakı-2015” birinci Avropa və “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının atletika yarışlarının bu stadionda keçirildiyi qeyd edilib.
Daha sonra Avropa Atletika Assosiasiyasının nümayəndə heyəti ilə Azərbaycan Atletika Federasiyasında görüş keçirilib. Qonaqlar federasiyanın fəaliyyəti və strukturu ilə yaxından tanış olub, atletikanın gənclər arasında inkişafı yollarını müzakirə ediblər.
Qitənin nüfuzlu idman qurumunun təmsilçiləri görüş çərçivəsində üçtəkanla tullanma idmanı üzrə Avropa rekordçusu Nazim Babayev ilə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimovla görüşdə idman sahəsi üzrə müxtəlif məsələlər müzakirə edilib.
Milli Olimpiya Komitəsində təşkil olunan görüşdə isə Azərbaycanda atletikaya maraq və idmanın bu növünün təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər barədə məlumat verilib. Həmçinin “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğedici layihələrin əhəmiyyətindən, son illərdə idmana marağın artmasından danışılıb. Bu layihələrin gənclərin idmana marağının genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və texniki heyətin bilik və bacarıqlarının artırılmasında mühüm rolu qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

