Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib
07.10.2022 [00:57]
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
"Köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.
İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-ci dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

