Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Valyuta Fondunun proqnozları nikbindir

Valyuta Fondunun proqnozları nikbindir

01.11.2025 [11:57]

2025-2026-cı illərdə ölkə iqtisadiyyatında artım  gözlənilir

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyata dair yeni proqnoz baxışlarını əks etdirən açıqlama ilə çıxış edib. Qlobal iqtisadi mənzərəni əks etdirən təhlil sənədində vurğulanır ki, dünya iqtisadiyyatının 2025-ci və 2026-cı illərdə artım templəri 1-2 faiz aralığında artımla müşahidə ediləcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin  iqtisadiyyatlarında inkişaf proqnozları daha aşağı olacaq. Qlobal ticarətin həcminin aşağı düşməsi iqtisadi artım göstəricilərinin enməsində əsas faktorlardan biri kimi çıxış etdiyindən qlobal mühitdə daralmaların başvermə riskləri mümkündür.

Qeyri-neft yığımları inkişafın əsas sütununa çevrilir

Fondun Azərbaycanla bağlı ehtimalları müsbətdir. Fərziyyələrə görə, Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 faiz artımla müşayiət olunacaq.

Fondun  Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur bildirib ki, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbələrdə mühüm rol oynayan neft-qaz sektorunda fiskal daxi?olmaların azalmasına baxmayaraq, qeyri-neft mənbələri inkişafın əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3-3,5 faiz təşkil etməklə ümumi inkişafın təmin olunmasına töhfə verəcək. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdənkənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər və bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır.

BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Qurumun iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür.

Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində milli yığımlarda  əsas fiskal sütun kimi qeyri-neft mənbələri əsaslı resurs bazası olub. Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 173,2 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb. Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini neft amili nəzərə alınmadan yeni iqtisadi model hazırlayaraq həyata keçirdiyi islahatların müsbət səmərərə verəcəyinə də əminliyini ifadə edib. Fond azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.

İnflyasiya hədəf göstəriciləri daxilindədir

BVF-nin qlobal istehlak qiymətləri indeksi ilə bağlı da ehtimalları fərqlidir, bəzi regionlarda qiymətlər sabit qalıb, bəzilərində dəyişkənlik baş verib. Qurumun ekspertləri hesab edir ki, 2025-ci ilin ötən 9 ayında inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda sabit qalıb və ya cüzi artım nümayiş etdirib. Hətta enerji və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bir il əvvəlki səviyyəsindən aşağı düşməsi bəzi regionlarda istehlak indeksini zəiflədib. Fondun qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2025-ci ilin 9 ayı ərzində qeyri-enerji məhsulları üzrə qiymət indeksi ötən ilin sonuna nəzərən 3,4 faiz azalıb, lakin bəzi əmtəələrin bahalaşması davam edib. Əsas dəyişən qiymət əmsalı qızılda nəzərə çarpıb, bu əlvan metalın qiymətləri 35 faiz artaraq yeni rekord səviyyəyə çatıb.

Beynəlxalq Valyuta Fondunun Azərbaycanda qiymət indeksi ilə bağlı gözləntiləri isə qənaətbəxş hesab edilə bilər. C.Azurun fikrincə, inflyasiya nəzarət altındadır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf göstəriciləri daxilindədir. Bu isə yaxın illərdə qiymət indeksinin sabit çərçivədə qorunub saxlanılacağından xəbər verir.

Xarici ticarətdə müsbət saldo gözlənilir

BVF-nin departament direktoru xarici ticarət əməliyyatlarında profisitin azalmasını ölkəmizin xarici iqtisadi mövqelərinə təsir göstərəcəyini də istisna etmədiyini vurğulayıb. Qeyd edildiyinə görə, risklər nisbətən balanslaşdırılmış olaraq qalır. Risk faktorlarından biri neft və qazın mümkün ucuzlaşması, digəri isə hər hansı gərginliyin artması və bunun ümumi iqtisadi vəziyyətə təsir göstərə bilməsi ilə bağlıdır. Bununla yanaşı, qeyri-neft ixracının illik artımında nəzərə çarpan dinamika tədiyyə balansının müsbət saldosunun dayanıqlılığını təmin edəcək. Bu, ölkənin strateji ehtiyatlarının da artmasına mühüm təsirlərini göstərəcək. Ümumilikdə, fondun ekspertləri ölkədə tədiyyə balansının cari vəziyyətinin qənaətbəxş olmasını və valyuta bazarının dollara olan tələbatının tam təmin edilməsini fərz edirlər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30