Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Media mənəvi dəyərlərin əsas təbliğatçısıdır

Media mənəvi dəyərlərin əsas təbliğatçısıdır

06.07.2022 [13:41]

Azərbaycan mətbuatı dini tolerantlıq nümunəsi formalaşdırıb

Müasir dünyada multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşməsi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenefobiyanın artması real faktdır. Belə bir dövrdə Azərbaycan tam fərqli olaraq multikulturalizm və tolerantlıqla səciyyələnir. Asiya ilə Avropanın «təbii körpüsü» adlandırılan, mədəniyyətlərin, sivilizasiyaların, Şərq - Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlərdir ki, fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır. 2021-ci ilin statistik yekunlarına görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid, eləcə də 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) var ki, onların 115-də ayinlər Ramazan ayında və dəfn mərasimlərində icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.

Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Belə ki, Əsas qanunumuzun 25-ci, 44-cü, və başqa maddələrində fərqli dini inanclara malik şəxslərin azad ibadət etmə hüququ tanınır. Eləcə də, bütün vətəndaşlar dinindən və dilindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Təsadüfi deyil ki, Azərbaycanda yaşayan insanların mühüm əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq digər dinlərə də eyni hörmətlə yanaşılır.

Azərbaycan mediası fəaliyyətini dini – milli fərq tanımadan qurur

Bir sıra siyasi mütəxəssislər IV hakimiyyət sayılan medianı informasiya əsrinin əsas gücü adlandırırlar. Bu da əbəs yerə deyil. Müasir media maarifləndirmə, təbliğat kimi funksiyaları ilə yanaşı  ictimai rəyin formalaşmasında mühüm element kimi çıxış edir. Media tribunası vətəndaş-dövlət, vətəndaş-ictimai sektor, vətəndaş-din münasibətlərinin inkişafında, onun sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunan Azərbaycanda mühüm dəyərlər üzərində bərqərar olan, inkişaf edən din-dövlət münasibətləri mediada da özünü ən gözəl parametrləri ilə əks etdirməkdədir. Azərbaycan mediası bu istiqamətdə də öz fəaliyyətini bütövlükdə dini – milli fərq tanımadan qurmaqdadır. Məsələn, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkəmizdə dini təbliğat və ya dini maarifləndirmə bütün aspektlərdə heç bir ayrı-seçkilik qoyulmadan inkişaf etdirilir. İstər sosial mediada, istər çap və ya internet mediasında bütün dinlərin daşıyıcılarının fikirləri əks olunur. Bununla yanaşı, Azərbaycan mediası bütün dinlərə məxsus bayramlarda, xüsusi günlərdə hər zaman həmin icmaların yanında yer alır, onların sevinclərinə şərik olur. Təbii ki, bu mühüm bir ənənədir. Necə ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bütün mühüm günlərdə bir sırada yer alırlarsa, medianın da dini-mənəvi seqmentə münasibəti buna adekvatdır.

Medianın ümumi formada vicdan azadlığına münasibəti, bu istiqamətdə fəaliyyəti həm də mövcud qanunvericiliklə tənzimlənir. Qəbul edilən yeni Media haqqında Qanunun 14-cü maddəsinin 14.1.4-cü maddəsində göstərilir ki, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir. Bundan başqa qanunun 14.1.5 bəndində qeyd edilir ki, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir. Göründüyü kimi, medianın dini seqmentə münasibəti qanunla da tövsif edilir.

"Azərbaycan mediası dinlərə, xalqlara münasibətdə yüksək tolerantlıq sərgiləməkdədir"

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov Azərbaycanın tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü ölkə olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Rafailov onu da qeyd edib ki, məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və dini tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb: "Bizim müxtəlifliyimiz, fərqli etnik kökənli, fərqli dinlərin daşıyıcısı olan insanların ölkəmizdə birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi zənginliyimizdir. İstər etnik kimlik, istərsə də fərqli dini inancların daşıyıcısı olmaq ölkəmizdə ayrı-seçkilik yaratmır. Bu gün dövlət strukturlarında, Azərbaycan parlamentində, qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir".

Millət vəkili onu da vurğulayıb ki, istər birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli qəhrəmanlarımız var. "Yaxşı xatırlayırıq ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycan dövləti öz igid oğullarının Vətən qarşısındakı xidmətlərini yüksək dəyərləndirir. Birinci Qarabağ müharibəsində öz Vətəni uğrunda döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə böyük ehtiram göstərilir. Onun xatirəsi əbədiləşdirilib. Bir sıra mühüm dövlət mükafatları ilə təltif olunub. O cümlədən, 44 günlük vətən müharibəsində yəhudi əsilli Azərbaycan vətəndaşları öz torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak etdilər. Ümumiyyətlə, Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bir daha bəyan etdilər. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq" kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Ən əsası bu gün Azərbaycan mediası da dinlərə, xalqlara münasibətdə yüksək tolerantlıq sərgiləməkdədir. Bütün dinlər haqqında istər çap və onlayn mediasında, istərsə də televiziyalarda maarifləndirici materiallar hazırlanır və geniş auditoriyaya təqdim olunur. Azərbaycan mediası bu istiqamətdə öz fəaliyyətini peşəkar şəkildə tənzimləyir", - deyə A.Rafailov əlavə edib.

"Yeni qəbul edilmiş Media haqqında Qanunda dini ayrı-seçkilik qadağan edilir "

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da Azərbaycanın müasir mətbuatının öz tarixi ənənəsinə sadiq qaldığını deyib. O baxımdan ki, ötən əsrin əvvəlində çap olunan qəzetlərimizdə də İslam dini ilə yanaşı digər dinlərə də hörmət və sayğı ilə yanaşma, tolerantlıq müşahidə olunur: "Bizim mütəfəkkirlərimizin, şairlərimizin, jurnalistlərimizin əsərlərində də bu öz əksini tapır. Azərbaycan bəlkə də yeganə ölkədir ki, bütün dinlərə, əqidələrə hörmətlə yanaşılır. Bu gün də Azərbaycan mətbuatı, jurnalistikası öz tarixi ənənənəsinə sadiqdir. Ölkəmizdə dini ayrı-seçkilikdən söhbət belə gedə bilməz. İstər dövlətin, istərsə də medianın bütün dini icmaların sərbəst fəaliyyətinə və təbliğinə sayğılı, nəvazişli yanaşması mövcuddur. O baxımdan mediamızın dünyaya təlqin edə biləcəyi ən müsbət və ən üstün kefiyyətimiz məhz dözümlülüyümüz, tolerantdlığımızdır. Bu, Azərbaycan jurnalistlərinin dünyagörüşündən, mətbuatımızın həssaslığından irəli gələn bir məsələdir".

Baş redaktorun sözlərinə görə, din-media münasibətlərində də hər hansı bir problemdən söhbət gedə bilməz. Azərbaycan mediası hər zaman yaşam tərzini,  əqidələri, bütün dini inanclı kəsimlərə hörməti təbliğ edir. "Təbii ki, burada qırmızı xətt mövcuddur. Bu dini inanclar, əqidələr Azərbaycanın bütövlüyünə xələl gətirməməlidir. Ölkəmizdə yad təsirlərə məruz qalmış təbliğat aparıla bilməz. Bu qanunvericiliklə də qadağandır. Yeni qəbul edilmiş Media haqqında Qanuna nəzər yetirdikdə görürük ki, sivil şəkildə bütün dini əqidələrə, vicdan azadlığına böyük hörmət və ciddi yanaşma ortaya qoyulur. Orada da dini ayrı-seçkiliyə çağırışla bağlı qadağalar müəyyən edilib. Bu, normaldır. Media cəmiyyətin inkişafında mühüm rol oynayan, cəmiyyəti yönləndirən ictimai institutdur. Əgər kimsə fanatizmdən, məzhəb ayrı-seçkiliyindən istifadə edərək cəmiyyəti səhv istiqamətə yönləndirməyə cəhd edərsə, buna qarşı Azərbaycan mediasının da mövqeyi birmənalı və kəskindir", - deyə  A.Aşırlı əlavə edib.

Pərviz SADAYOĞLU

"Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Paylaş:
Baxılıb: 144 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31