Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tolerantlıq və birgəyaşayış siyasəti ilə...

Tolerantlıq və birgəyaşayış siyasəti ilə...

08.07.2022 [10:12]

Dünyaya nümunə

MÜBARİZ

Hazırda dünyada tolerantlıqla bağlı təsəvvürlər müxtəlifdir. Təəssüf doğuran haldır ki, biz inkişafın yüksək səviyyəyə çatdığı XXI əsrdə də multikulturalizmin perspektivi olmadığı barədə geri dönüş çağırışları eşidirik. Son vaxtlarda dünyanın gah bu, gah da digər bölgəsində milli-dini zəmində qarşıdurmalar intensivləşib, birgəyaşayışa dözümsüz münasibətlə bağlı faktların sayı artıb. Belə kədərli mənzərə fonunda Azərbaycan dünyaya özünün nümunəvi tolerantlıq modelini təqdim edir.

Möhkəm qanunvericilik bazası

Azərbaycanın millətlərarası münasibətlər sahəsində siyasəti xalqımızın xoş niyyəti, tarix boyu formalaşan ənənələri və ölkəmizin bugünkü müsbət mənzərəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Azərbaycanda tarixən müxtəlif etnik mənsubiyyətə malik xalqlar yaşayıblar. Ölkəmizin mənzərəsi bu gün də milli-dini zəmində rəngarəngliyi ilə fərqlənir. Lakin tarixin dərin qatlarında olduğu kimi, hazırda da bu rəngarənglik, çoxmədəniyyətlilik heç bir halda insanları ayıran, cəmiyyəti qütblərə bölən amil qismində çıxış etmir, əksinə, ölkəmizin inkişafında mühüm rol oynayır.

“Azərbaycan öz tolerantlığı, dini plüralizmi, islam həmrəyliyini yüksək səviyyədə qoruması hesabına mənfi tendensiyalardan, məzhəb qarşıdurmalarından çox-çox uzaqdır. Təbii ki, belə bir sağlam mühitin mövcud olmasında, formalaşmasında dövlətin, onun həyata keçirdiyi siyasətin mühüm əhəmiyyəti var”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov ifadə edib. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda dövlət-din münasibətlərində yeni bir mərhələ başlayıb. Belə ki, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olunub. Eyni zamanda, müxtəlif dinlərə ibadət edən vətəndaşların inanclarına hörmətlə yanaşılması, onların vicdan və etiqad azadlığının təmin olunması üçün bütün qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Möhkəm qanunvericilik bazası respublikamızda əlverişli tolerantlıq mühitinin formalaşmasını təmin edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Konstitusiyasında vicdan və dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar yer alıb. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dinlərin qanun qarşısında bərabər sayılması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qanunla qadağan olunması bu sənəddə öz əksini tapıb. Bu gün Azərbaycanda  hər bir İslam və digər dini icmalar qanunvericilik çərçivəsində sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir. Hansı dinə mənsub olmasından asılı olmayaraq müvafiq qaydada qeydiyyatdan keçən bütün dini icmalara dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi də bütün dünya üzrə nadir nümunələrdən biridir.

Bütün tarixi mədəni-dini abidələrin qorunması

Respublikamızda müxtəlif mədəniyyətlərə və dinlərə məxsus abidələr ölkəmizin zənginliyi sayılır. Bu abidələr hansı mədəniyyətə və yaxud dinə mənsubluğundan asılı olmayaraq, dövlət tərəfindən qorunur, onların restavrasiyası həyata keçirilir. Müstəqillik dövründə 2 minə yaxın dini abidə ya əsaslı şəkildə bərpa olunub, ya da yenidən tikilib. Diqqət çəkən əsas məqamlardan biri isə ondan ibarətdir ki, dövlətin ayırdığı vəsait hesabına, necə deyərlər, ikinci həyat verilən dini abidələr yalnız İslam dininə aid deyillər, onların arasında həm məscidlər, həm də pravoslav, katolik, alban kilsələri, sinaqoqlar var.

44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdəki müxtəlif dinlərə məxsus abidələr də intensiv şəkildə bərpa olunur. Amil Cavadov Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Daşaltı və Hadrutda, Suqovuşan qəsəbəsində məscidlərin təməlinin qoyulmasını, Zəngilan “İmam Hüseyn”, Ağdam “Cümə” və “Qiyaslı” məscidlərinin yenidən qurulması işlərinə start verilməsini, Şuşa “Yuxarı Gövhər ağa”, “Aşağı Gövhər ağa”, “Saatlı” məscidlərinin və “Qazançı” kilsəsinin bərpa edilməsini Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərlərə verdiyi önəmin göstəricisi kimi səciyyələndirib. Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi dövlət başçısının bütün dinlərə tolerant yanaşmanın növbəti təzahürüdür.

Heydər Əliyev Fondunun töhfələri

Amil Cavadovun məlumatına əsasən, ölkəmizdə məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan “Təzə Pir”, “İçərişəhər Cümə” və “Həzrət Məhəmməd”, “Əjdərbəy” məscidləri, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş “Şamaxı Cümə” məscidi, “Dəmirçi” məscidi yenidən qurulub. Heydər Əliyev Fondu tərəfindən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki “Müqəddəs Məryəm Ana” kilsəsi, “Kiş” kilsəsi təmir edilib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsəndəki “Cümə” məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza” məscidlərində, Mərdəkan qəsəbəsindəki “Pirhəsən” ziyarətgahı və “Heydər Cümə” məscidində, Buzovna qəsəbəsindəki “Cümə” məscidində, Gəncə şəhərindəki “Şah Abbas” və “Həzrət Zeynəb” məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb. Fondun xətti ilə bərpa olunan “İmam Hüseyn” məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 132 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31