Göstərir Bakı!
14.02.2023 [10:15]
Şərqin ilk televiziya məkanı
Günel ABBASOVA
“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
Professor, tanınmış televiziya aparıcısı və media mütəxəssisi Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, televiziya yayıma başlayarkən ilk veriliş üç hissədən ibarət olmuşdu: “Nəcibə Məlikovanın apardığı verilişdə ölkənin o zaman tanınmış adamları çıxış ediblər. Mehdi Hüseyn və Süleyman Rüstəm yazıçılar birliyi adından, Mədəniyyət xadimləri adından televiziyanın sədri Teymur Əliyev çıxış etmişdi. Həmin verilişə Səməd Vurğun da dəvət olunur, ancaq xəstə olduğu üçün gələ bilmir. Bu söhbətdən sonra televiziyanın rolu və gələcək perspektivləri barədə danışılır. İkinci hissədə təxminən yarım saatlıq konsert proqramı təşkil olunur. Üçüncü hissədə isə “Bəxtiyar” filmi göstərilir. Ancaq bir gün əvvəl studiyada yanğın baş verdiyindən film efirə səssiz gedir. Ertəsi gün Hökümə Qurbanovanın təqdimatı ilə “Bəxtiyar” filmi efirə yenidən gedir. İlk dəfə verilişlər günaşırı yayımlanırdı. Cizgi filmləri, konsert proqramları yayımlanırdı. İyun ayından başlayaraq tədricən verilişlərin tematikası genişlənməyə başlayır.
1960-cı illərdən günaşırı xəbərlər efirə verilir. Bir müddətdən sonra daimi xəbərlər proqramı efirə çıxır. Tədricən futbolla bağlı verilişlər və digər sahələri əhatə edən proqramlar hazırlanır. Bu illərin ən önəmli cəhəti idi ki, mərkəzi televiziyada Azərbaycan günləri keçirilirdi”.
Q.Məhərrəmli qeyd edib ki, müstəqillik dövründə televiziya xeyli inkişaf edərək, birkanallı televiziyadan çoxkanallı televiziya şəbəkəsinə çevrilib: “Hazırda Azərbaycanda televiziya yayımı haqqında qanun var. Bu sahədə dövlət yayımını tənzimləyən Audiovizual Şura var. Ən mühüm məsələlərdən biri 2005 - ci ildə ictimai televiziya yayıma başlayıb. Bu gün tamaşaçıları qane etməyən cəhətlər olsa da, televiziya sahəsində çoxsaylı uğurlarımız var. Televiziya xalqın adət-ənənələrinin, Azərbaycan dilinin ən fəal təbliğatçısına çevrilib. Bu prosesin iştirakçıları kimi televiziya işçilərini təbrik edirik”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

